Maraqlı

İlin ən yaxşı oyunları açıqlandı

19 Dekabr 2019 22:45
0 Şərh     Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da keçirilən "The Game Awards" mükafatlandırma mərasimində ilin ən yaxşı oyunlarının adları açıqlanıb.

Münsiflər heyəti Yaponiyanın "FromSoftware" şirkətinin istehsalı "Sekiro: Shadows Die Twice" oyununu ilin oyunu adlandırıb.

Milli.Az chip.az-a istinadən bildirir ki, bu nominasiyada izləyicilərin seçiminə əsasən, "Fire Emblem: Three Houses" qalib olub. "Əsas ekşn-oyun" nominasiyasında isə "Capcom" şirkətinin "Devil May Cry 5" oyunu qalib olub. İlin ən yaxşı idman oyunu "Crash Team Racing Nitro-Fueled" seçilib.

Mobil cihazlar üçün ən yaxşı oyun mükafatına "Call of Duty: Mobile" layiq görülüb.

Qeyd edək ki, "The Game Awards" - kompüter oyunları və kiberidman sahəsindəki nailiyyətlərin hər il keçirilən mükafatlandırma mərasimidir. 2018-ci ildə "God of War" oyunu ilin ən yaxşısı seçilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.