Burun damcıları asılılıq yaradır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Burun tutulması soyuq aylarda ən çox yaranan problemlərdən biridir. Yuxarı tənəffüs yolları infeksiyaları nəticəsində yaranan burun tutulmasının aradan qaldırmaq üçün çox zaman burun damcıları, spreylər istifadə olunur. Həkim təyinatı olmadan istifadə olunan bu damcılar hər zaman fayda verirmi? Burun damcılarının hansı fəsadları yarana bilər? Damcılar asılılıq yaradırmı?
Milli.Az e-tibb.az-a istinadən bununla bağlı burun, qulaq, boğaz, baş və boyun cərrahiyyəsi uzman Elnur Əkbərovun məqaləsini təqdim edir:
İnsanın burnu tutuldusa, deməli rahatlığını itirəcək. Həyatın keyfiyyəti məhz sağlam burun yolları ilə nəfəs almaqdan asılıdır. Soyuqdəyməyə tutulanların adətən ilk növbədə burnu tutulur, boğazı şişir, nə burunla, nə də boğazla normal tənəffüs etmək olmur.
Adi insan burun tutulmasının səbəbini dəqiq bilmir. Çox vaxt qrip olduğunu fərz edib elə qarşısına çıxan ilk aptekdən burun damcılarından birini alıb başlayır özünü müalicə etməyə. İlk bir neçə gün bir qədər rahatlıq yaranır, nəfəs almaq asanlaşır. Bəzən tam keçib gedir də. Yəni müalicənin effekti olur, kimsə xəstəliyinə uyğun spreyi təsadüfən də ala bilər. Standart vəziyyətdə isə bir müddət keçir, burun tutulması adi hala çevrilir. Burun damcısı olmadan yaşamaq çətinləşir. İllərlə burnuna dərman damızdıran insanların sayı bir deyil, iki deyil.
Ksilometazolin, oksimetazolin tərkibli spreylər simptomatik təsir göstərirlər. Yəni selikli qişanı daraldıb-kiçildirlər. Bu tip burun damcılarını 5 gündən artıq istifadə eləmək olmaz, əks halda asılılıq yaranır. Uzun müddət yararlandıqda burunun içində rinit baş verir, selikli qişanın funksiyasının pozulması.
Zaman ötdükcə problemin həlli daha da çətinləşir. Burunun öz təbii mikroflorası faktiki məhv edilir, daxildə polip əmələ gəlir, normal nəfəs almaq lap çətinləşir. Bu mərhələdə insan artıq özünə yaratdığı "baş ağrısını" hansısa bir yolla həll etmək iqtidarında deyil. Tənəffüsü bərpa etmək üçün həm asılılıqdan yaxa qurtarmaq, həm də əməliyyat yolu ilə müdaxiləyə ehtiyac duyulur.
Sadə bir qripin sonra əməliyyat edilmək kimi çətin məsələyə çevrilməsi günümüzdə baş verən adi işlərdən biridir.
Bəs nə edək? Burun sistemini necə qoruyaq?
İlk növbədə bəzi profilaktik tədbirləri görmək yerinə düşərdi. İlk növbədə yuxudan ayılanda burunla normal tənəffüsü bərpa etmək lazımdır. Bunun üçün səhər idmanı, intensiv hərəkətlər, hətta çinlilərin tətbiq etdiyi Daos idmanı da münasibdir. Hər səhər mütləq evin havasını dəyişmək, bir növ nəmləndirmək lazımdır. Bəzən otaqda hava çox quru olur. Bu halda bəzi bitki yağları tərkibli dərmanlar istifadə oluna bilər.
Özbaşına burun damcılarını həkim nəzarəti olmadan qəbul etmək olmaz. Elə sprey var, pasiyenti müayinə etdikdən sonra ona uyğun seçilir və xeyli müddət qəbul edilə bilər. İstifadə müddətini də həkim təyin etməlidir.
Burun tutulubsa, gərək özündə bir cəsarət tapıb həkimə müraciət edəsən. Həkim məsləhəti olmadan burun damcılarından davamlı istifadə ağır nəticəyə gətirib çıxardar. Peşəkar həkim xəstənin dərdinə əlac yollarını yaxşı bilir. Digər halda mümkün fəsaddan qurtarmaq çətinləşəcək, gərək xəstəliyin ilk dövründə həkimə gedəsən. Düzgün müalicə, rahat və keyfiyyətli həyat deməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO
-
İngiltərə millisi ABŞ-da qarət olundu
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
-
Gəncədə evdən meyit tapıldı
-
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
-
Ermənistanda seçkilərin yekun nəticələri sabah açıqlanacaq
-
Olimpiya çempionu özünə toy edir - FOTO
-
Kürdəmirdə avtomobillər toqquşdu - Xəsarət alanlar var - FOTO
-
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi
-
64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı
-
İrandan PUA vasitəsilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
-
"OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı
-
Aygün Kazımova məzunların tədbirində geyimi ilə gündəm oldu - FOTO
-
Bekhem Hollivuddakı ulduzuna qovuşdu - FOTO
-
Əgər kameralar olmasaydı... - Putin
-
Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı
-
Bakıda özəl reabilitasiya mərkəzinə yerləşdirilən xəstə öldü





