ABŞ-ın Ayova ştatının Charles City şəhərində avtomobil sürən 18 yaşlı Gael Salcedo qəfildən idarəetməni itirib.
Milli.Az ted.az-a istinadən bildirir ki, buzlu yolda sürüşən avtomobil çaya düşüb. Özünə gələndə ətrafa baxan gənc Winnebago çayına düşdüyünü anlayıb.
"Harada olduğumu, hara getdiyimi bilmirdim. Nə etməli olduğumu da. Düşünə biləcəyim tək şey ölmək üzrə olduğumu bilməyim idi", - deyə gənc bildirib.
Gənc əvvəlcə nəqliyyat vasitəsinin şüşələrini endirib. Ancaq heç kim onu eşitməyib.
Telefonunu tapa bilməyən gəncin ağlına bir fikir gəlib. Bu da "Siri"dən istifadə etmək idi. Birdən "Siri 911-ə zəng et" deyə qışqırıb və bu çağırış nəticəsində xilasedicilər hadisə yerinə gəlib.
Gael Salcedo təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Milli.Az