Maraqlı

Yeni Rolls-Royce Phantom yeddi metrlik limuzinə çevrildi – 3 milyon dollar

14 Dekabr 2019 22:10
0 Şərh     Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Klassen brendi unikal 7 metrlik Rolls-Royce Phantom zirehli limuzininin yeni render şəkillərini nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, rəssamlar Rolls-Royce Phantom EWB-ni əsas götürüb onda ciddi dəyişikliklər ediblər. Təklif olunan nüsxə stabil olaraq 5,45 və 7,62 mm kalibrli avtomat atəşinə tab gətirə bilər. Bundan başqa, limuzinin altında baş verə biləcək bəzi partlayışlar da avtomobil üçün heç bir kədərli nəticələrə gətirib çıxarmaya bilər.

Yenilənmələr arasında təkmilləşdirilmiş asma tavan, qabaqcıl audio sistem və quraşdırılmış iMac kompüteri də göstərilir. Limuzinin kapotunun altında 571 at gücündə olan 6,75 litrlik benzin aqreqatı quraşdırılıb. Təqribi qiymət təxminən 3 milyon avro təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.