Maraqlı

Xiaomi şirkətindən avtomatik su qənaəti cihazı

10 Dekabr 2019 22:20
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Texnologiyanın inkişafıyla birlikdə gündəlik həyatda istifadə etdiyimiz bir çox məhsul, artıq köhnəsindən çox daha fərqli strukturlarda çıxarılır. Ağıllı sistemlərin yayılması da bu mövzuda böyük qatqı təqdim edir. Dünyanın məşhur elektron cihazlar istehsalçılarının yaratdığı ağıllı məhsullar, hər gün daha da yayılır.

Son dövrdə adı daha çox smartfonlarla xatırlansa da Xiaomi, əslində dünyanın ən böyük istehlakçı elektron cihazlar istehsalçılarından biridir. Çin şirkəti, qulaqlıqdan proyeksiya cihazına, elektrikli süpürgədən peyk alıcısına qədər bir çox fərqli məhsul istehsal edir və bu məhsullarını bəzən öz adı bəzən də alt markaları altında satışa təqdim edir. Bu texnoloji məhsullardan biri Xiaomi Xiaoda avtomatik su qənaəti cihazıdır.

İqlim dəyişikliyinin təsirləri altında ortaya çıxan ekologiya problemlərindən biri olan susuzluq, texnologiya şirkətlərini də qənaət etdirən bəzi cihazlar yaratmaq mövzusunda cəsarətləndirir. Xiaomi də bu problemə Xiaomi Xiaoda avtomatik su qənaəti cihazı ilə diqqət çəkir.

Bildiyiniz kimi artıq ticarət mərkəzlərindəki hər tualetdə sensorlu kranlar istifadə edilir və bu kranlar bir tərəfdən qənaət təmin edir, bir tərəfdən də xərcləri azaldır. Qutusunda kranın özü, montaj əsnasında istifadə ediləcək olan vasitələr və fərqli kran tiplərinə uyğunlaşma təmin edən fərqli uclar var. Altında və yanında sensoru olan ağıllı kran, açdığınız istiqamətə görə davamlı ya da əlinizi çəkənə qədər kimi fərqli rejimlər təqdim edir.

Öz kran tipinizə uyğun ucu, mətbəx ya da tualetdəki kranınıza yerləşdirdikdən sonra etməniz lazım olan tək şey ağıllı kranı yerinə oturtmaqdır. Sonra suyu açıb fərqli istifadələri təcrübə edə bilərsiniz.

Xiaomi Xiaoda avtomatik su qənaəti cihazının texniki xüsusiyyətləri:

Marka: Xiaoda

Rəng Variantları: Ağ

Ağırlıq: 105 q

Ölçü: 60 x 34 x 49 mm

Standby Enerji İstehlakı: 0,2 mWdən aşağı

İş Su Təzyiqi: 0,05 ilə 0,8 MPa arası

Su Məhsuldarlığı: İlk səviyyə

Qoruma Sinifi: IPX6

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.