Maraqlı

Fərdi kompüterlər üçün 64 nüvəli “AMD” prosessoru hazırlanır

3 Dekabr 2019 07:21
0 Şərh     Baxış: 269

"AMD" şirkəti masaüstü kompüterlər üçün 64 nüvəli "Threadripper 3990X" prosessorunun hazırlanması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun 2020-ci ildə buraxılacağı gözlənilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çip 64 fiziki nüvəyə və 128 hesablama axınına malik olacaq. Bu, ikinci nəsil qabaqcıl "2990WX" modelindən iki dəfə çoxdur. "Threadripper 3990X" barədə digər informasiya, o cümlədən takt tezliyi barədə məlumat verilmir. Şirkət yeni qurğunun təqdimat tarixini və qiymətini bir müddət sonra açıqlamağı planlaşdırır.

Məlumata görə, 288 meqabaytlıq operativ yaddaşla təchiz ediləcək "Threadripper 3990X" prosessorunun enerji sərfiyyatı (TDP) 280 vatt təşkil edəcək. Bu isə o deməkdir ki, prosessor effektiv soyutma sisteminə ehtiyac duyacaq.

64 nüvə ilə təchiz ediləcək çip adi istehlakçıların marağına səbəb olmaya bilər. Şirkətin yeni bahalı qurğusunun daha çox üçölçülü qrafika və video ilə peşəkar işləyən mütəxəssislər üçün əlverişli olacağı ehtimal edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.