Maraqlı

Bermud adaları vergiləri rəqəmsal valyutada qəbul edir

22 Noyabr 2019 08:11
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bermud adaları vergi ödənişlərini rəqəmsal valyutada qəbul edən ilk dövlət oldu. Maliyyə şirkəti olan Circle, oktyabrın 16-sı Bermud adalarının vergi ödənişlərini stabilkoin (stablecoin) olan USD Coin (USDC) ilə qəbul edəcəyini açıqladı.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, Circle-nin icraçı direktoru Jeremy Allaire: "Bermud adalarının Baş naziri açıqlama verib ki, stabilkoinlər maliyyə sisteminin gələcəyi olacaq. "Rəqəmsal aktivlər haqqında Qanun"-na əsasən lisenziya alan FinTech şirkətlər yalnız bermuda xalqına deyil, həmçinin bütün dünya üçün faydalı olacaq. Bermud adaları hakimiyyətinin bu addımını təbii hesab edirəm, çünki bermud dolları ABŞ dolları ilə 1:1 nisbətindədir."

Xatırladaq ki, USD Coin - qiyməti 1 ABŞ dollarına bərabər olan, Circle  ilə Coinbase kriptovalyuta birjasının birgə yaratdıqları stabilkoindir. USDC hazırda CoinMarketCap-ın reytinqində 475 mln dollar bazar kapitalizasiyası ilə 24-cü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.