Maraqlı

19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi

22 Noyabr 2019 08:46
2 Şərh     Baxış: 3 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Canva" onlayn dizayner xidməti hal-hazırda 3,2 mlrd. dollar qiymətləndirilir, hər ay onun 190 ölkədən 20 mln. istifadəçisi olur. Bu startapı 2006-cı ildə 19 yaşlı tələbə Melani Perkins yaradıb.O, artıq "Canva"nın baş direktorudur.

Melani Perkins əvvəlcə sevgilisi Kliff Obrext-lə birgə Fusion Books onlayn xidmətini yaradıb istifadəyə verir. Onun vasitəsilə tələbələr özləri buraxılış fotoalbomlarının dizaynını hazırlaya bilirdilər. Cütlük işini Perkinsin qonaq otağında aparır, onlayn xidmətin inkişafı üçün pulu isə qohumlarından borc götürür.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bu işləri o qədər uğurlu olur ki, Perkins bütün fikrini biznesə yönəltmək üçün  tezliklə təhsilini yarımçıq qoyur. 2010-cu ildə isə buraxılış albomları dizaynı ilə kifayətlənməyin ağılsızlıq olduğunu düşünür və yeni maraqlar axtarışında Kaliforniyaya yollanır.

Perkinsin fikrincə bir sahibkar üçün ən təhlükəlisi heç bir şey etməməkdir. O deyir ki, özündə əminlik yaratmaq üçün dayanmadan hər gün az da olsa işləmək lazımdır.

Vençur səhmdar Bill Tay ilə görüş keçirən Perkins onda maraq yarada bilmir, amma  Tay onu digrə səhmdarlarla tanış etsə də platformasına özü yatırım edir.

Həmin görüşdən platformanın 2013-cü ildə tam istifadəyə verilməsinə qədər bir neçə il keçir. Bu müddətdə  Google-un keçmiş əməkdaşı Kameron Adams da  cütlüyə qoşulur. O vaxtdan şirkət 242 mln. dollar investisiya cəlb edib. 2019-cu ilin mayında 2,5 mlrd. dollar qiymətləndirilir, sonrakı beş ay ərzində isə göstərici 700 mln. dollar artır.

"Canva" şirkəti insanlar üçün heç bir peşəkar hazırlıq olmadan müxtəlif marketinq materiallarının dizaynını etmək imkan yaradır. O, əsas xidmətlərdən pulsuz istifadəni təmin edir. "Canva"dan istifadə edənlər arasında "Apple", "Amazon" və "Netflix" var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.