Çin iqtisadiyyatı gözləntiləri doğrultmur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin III rübündə Çin iqtisadiyyatının artım tempi gözləntiləri doğrultmayaraq cəmi 6% olub. Bu göstərici inkişaf etmiş ölkələr üçün əlçatmaz olsa da, Çin üçün heç də qənaətbəxş deyil və 1992-ci ildən bəri iqtisadiyyatın ən aşağı səviyyədə böyüməsi hesab edilir. Hətta hazırkı geosiyasi vəziyyət davam etsə, inkişaf tempi 5%-ə belə düşə bilər.
Çin qlobal iqtisadiyyatın inkişafına təkan verən ən böyük ölkələrdən biridir və ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra 2-cidir. Növbəti yerlərdə isə Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Braziliya və Kanada qərarlaşıb.
Milli.Az marja.az-a istinadən bildirir ki, 2024-cü ilə qədər dünyanın iqtisadi inkişafının 28,3%-i Çinin hesabına olacaq.

Mənbə: Bloomberg
Çin iqtisadiyyatının zəifləməsi dünya ticarətinə, enerji və xammal qiymətlərinə mənfi təsir edə bilər. Xüsusilə də bu ölkənin enerji qiymətlərinin formalaşmasında rolu böyükdür. Yəni, Çindəki iqtisadi vəziyyətdən asılı olaraq enerji ixracatçısı ölkələrinin gəlirləri artıb-azala, sənayeləri böyüyüb-kiçilə bilər. Söhbət əsasən, Rusiya, Səudiyyə Ərəbistanı və Braziliyadan gedir. Onların istehsal etdiyi xammala tələbatın azalması həm də dünyanın iqtisadi inkişafının zəifləməsi deməkdir.
Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına əsasən bu il qlobal iqtisadiyyat 3% böyüyəcək. Halbuki, bir müddət əvvəl təşkilat 3,8%-lik inkişaf tempi gözləyirdi. Fond eyni zamanda Böyük 4-lüyün - Çin, ABŞ, avrozona və Yaponiyanın gələcək 5 ildə inkişaflarında dəyişiklik olmayacağını proqnozlaşdırır. Təkcə Çin iqtisadiyyatının tendensiyasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, IMF-in proqnozu olduqca optimistdir.
Çin iqtisadiyyatını yaxından izləyən "Fathom Consulting" şirkəti rəsmi statistika ilə real göstəricilər arasında fərq olduğunu hesab edir və real inkişafın əslində 4,2%-dən çox olmadığını bildirib.

Mənbə: Fatom Consulting
Hər halda, hazırkı iqtisadi inkişaf narahatlığa əsas verir. İlk növbədə olduqca yüksək korporativ borc yükü olan və inkişaf etmiş ölkələrin şirkətlərinə nəzərən daha yüksək faiz ödəyən Çin şirkətləri borclarını qaytamayaraq defolt ola bilərlər - iqtisadiyyat zəifləyir, istehlak azalır, şirkətlərin gəlirləri və ödəmə qabiliyyətləri azalır. "Fitch" beynəlxalq reytinq agentliyinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində korporativ defolt rekord həddə olub və bu şirkətlərin 89%-i özəl sektordandır. Növbəti 2 il ərzində isə 560 milyard dollar məbləğində dövlət zəmanətli istiqrazların müddəti bitir və investorlara ödəniş edilməlidir. Digər tərəfdən isə Çin iqtisadiyyatı durğunluq dövrünə qədəm qoya bilər. Yaponiyada olduğu kimi uzun müddət sürətlə böyüdükdən sonra resurslardan istifadə qeyri-effektivləşə bilər. Bu isə onilliklər ərzində yerində sayan iqtisadiyyat, artan dövlət borcu, aşağı faiz dərəcələri deməkdir. Artıq Çin höküməti qabaqlayıcı tədbirlər görməyə başlayıb. Çin Mərkəzi Bankı banklar üçün rezerv tələbini azaldaraq və onlara likvidlik verərək maliyyə sektorunu dirçəltməyə çalışır. Lakin bu addımlar yetərli deyil. Paralel olaraq təşviqedici fiskal siyasət də aparılmalı və eyni zamanda qısa müddətdə ABŞ ilə olan ticarət qarşıdurması yekunlaşdırılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi





