Maraqlı

Qadınlar üçün olan “Elpha” sosial şəbəkəsi 1,1 mln. dollar cəlb edib

14 Noyabr 2019 07:41
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Profesional və sosial "Elpha" şəbəkəsi seed raundunda 1,1 mln. dollar cəlb edib. TechCrunch xəbər verir ki, bu şəbəkə texnologiyalar sahəsində çalışan qadınlara iş tapmaq və təcrübələrini bölüşmək imkanı yaradır.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, "Elpha" saytı hələ ki ancaq texniki işçilər üçün nəzərdə tutulub. Amma şirkətin qurucusu Cadran Cowansage ümid edir ki, "Elpha" təkcə texnologiyadan deyil, media, elm və tibb sahəsindən olan qadınları da bir araya gətirəcək.

"Qadınlar üçün LinkedIn"-ə abunəlik şirkətlərə ildə 12 min dollara başa gəlir. Hal-hazırda şirkətin 20 ödəyici müştərisi var, onların çoxu startaplardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.