Maraqlı

Qadın sünnəti - Milyonlarla qadına edilən İŞGƏNCƏ

5 Noyabr 2019 22:25
23 Şərh     Baxış: 3 753

Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. BMT-nin məlumatına əsasən, artıq Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında da qadın sünnəti yayılıb.

Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur.

Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir.

FGM-in dörd növü var:

-Klitoridektomiya. Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.

-Eksizisiya. Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.

-İnfibulyasiya. Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur. Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer daralır.

Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.

-Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli proseslər daxildir.

Nə üçün edilir?

Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini artırmaq daxildir. Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.

Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.

Proses adətən qızların icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.

Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq, təcrübədən hələ də geniş şəkildə istifadə olunur.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Elwad · 5 Noyabr 22:50160

    Din caniniza qenim olsun sizin. indiye qeder dinde niye yox idi bu söhbet? Dagil ey dünya dagiĺ neceki dagilirsan. Sünnet peygemberimizden bize gösteriş olmusduki,oglan usaqlari sünnet olmalidir ki, artiq kesilesi yere mikrob düşmesin ve gelecekde aile quranda müselmanligin bildirsin. Yaziq deyil o qizlara bele işgence verirsiz.Allah size qizlara göre ele işgence vererki ona bilersiz...

    Cavab yaz
  • Anonim
    Samed dagli · 5 Noyabr 22:50120

    Dehsetdi qadin sunneti qadinlari seksual hezzinide legv edir.

    Cavab yaz
  • Anonim
    Cali quşu · 5 Noyabr 22:5280

    Allah bəluzu versin. Gor nə əziyyət verirlər

    Cavab yaz
  • Anonim
    Gunel · 5 Noyabr 22:5680

    Lenete gelesiz amin, esebimden agladim((((

    Cavab yaz
  • Anonim
    asi · 5 Noyabr 22:57130

    Dünyada nələr baş verir, nələr inkişaf edir..Amma bəzi ölkələrin əhalisinin elmi biliyi, inkişafı, dünyanı dərk etməsi qadın cinsiyyət orqanın ətrafında dövr edir..Sanki cinsiyyət orqanı deyil də Dardanel boğazıdı..Qlobusdu, qoyub qarşılarına portuqal səyyahların dəniz -oken marşrutlarını öyrənirlər..Xəritədi, ölkələri öyrənirlər..Mendeleyevin cədvəlində əskiklik var, onu da orada tapacaqlar..Ədəbi-bəddi əsərlərin kluminasiya nöqtəsidi..Yerə girmişlər...

    Cavab yaz
    • Anonim
      tofik- pofik · 6 Noyabr 21:0400

      duz deyirsen, özüdə butun belalarda ordan gəlir.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 Noyabr 23:04122

    Bir defe baxdim videosuna texminen 1 il bundan qabaq o güne qeder bilmirdim bele bir şeyin olmaqina İlahiii videoya baxandan 2 ay sonra özüme geldimmm Dehset idi Hele de yadima dusende deli oluram

    Cavab yaz
    • Anonim
      Gembergulu · 6 Noyabr 09:1550

      he yadima dusdu, iki ay buralarda olmadin, serh yazmirdin. demey ona görə imiş.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Noyabr 11:0360

        Ayyy, Fanat ki, Fanattt..Herrr adddimimi izlemisen halal olsun senin kimi Fanataaa. gör hec menim yadimda deyil amma senin ne gözel yaddasuva hekkk olunubbb Coxxx aqir idi heeee o 2 ayyy Ona gore dunen gözlerimi yumub serh yazdim sekillere baxmadim yoxsa yene 1 ay özüme gele bilmezdim Senin kimi fanatlarima cetin olardiii.

        Cavab yaz
  • Anonim
    ........ · 5 Noyabr 23:151221

    harda gic axmaq seyler var serq olkelerinden cixir,xususen axmaq muselmanlardan,adam uje nifret edir bu muselmanlara

    Cavab yaz
    • Anonim
      Salam · 6 Noyabr 20:1600

      Sənin sevimli qərb ölkələrindən çıxanları da yadına sal...

      Cavab yaz
  • Anonim
    ♥️Ebru♥️ · 5 Noyabr 23:28150

    Sekildeki qizlari gordum ureyim aqridi (((Hec oxumadim onlari ele gordum ((Vehsidiler bunlar ureyiniz qirilsin.Qadin sunet nedi??Bu camahati yaradanda onlara aqilda ver Allah...

    Cavab yaz
  • Anonim
    Hmm · 6 Noyabr 00:3511

    Bisey başa düşdümsə arab oliyim...

    Cavab yaz
  • Anonim
    Mamed · 6 Noyabr 08:5391

    Bizi yaradan heç nəyi artıq və ya əskik yaratmayıb. Oğlan uşaqlarına edilən sünnət əməliyyatları da fiziki və psixoloji olaraq çox çətin prosesdir. Özünü ağıllı hesab edən müsəlmanların islama yamaq etdiyi sünnət səbəbindən hər il yüzlərlə körpə travma alır, dünyasını dəyişir.

    Cavab yaz
    • Anonim
      mamedə · 6 Noyabr 14:3540

      Razılaşıram. Allah hər yaratdığını mükəmməl yaradıb. Ona hansı sa səbəbdən düşəliş vermək ağlasığmazdır.

      Cavab yaz
  • Anonim
    Vətənsevər · 6 Noyabr 09:3880

    Təbii ki, qadın sünnəti yolverilməz bir şeydi. Amma eyni zamanda bunutəbliğatını aparanlar daha çox müsəlmanları çox cahil və pis qələmə vermək üçün edirlər. Elə bu məqalədə elə şəkillər qoyublar ki, adam insanlığa nifrət edir. Mənim afrikalı bir xanım tələbə yoldaşım varıydı. Onu sünnət toyuna çağırmışdılar. Gülüb demişdi ki-"mən sünnət olanda heç kim mənə toy eləmədi))". Amma o bundan çox da travmatik danışmırdı. Demək istəyirəm ki, onlar bunu bir adət kimi düşündükləri üçün çox da şiddətli qəbul eləmirlər. MƏsələn səhv etmirəmsə İspaniyada San fermino bayramı var ki buğaları küçələrə buraxırlar. İnsanlar da aralarına qaçıb özlərini əzdirirlər))) Lakin onlara heç kim cahil demir. Dünya müsəlmanlara qarşı həmişə propaqanda aparır. Təəssüf ki biz də hər zaman buna zəmin yaradırıq(((

    Cavab yaz
    • Anonim
      Zeris · 6 Noyabr 10:1340

      Vetensevere:sizinle tam raziyam.

      Cavab yaz
    • Anonim
      Vetensever-e · 6 Noyabr 14:2730

      Sizin Ispaniya haqqinda çekdiyiniz misal,heç de bu qadin sünneti ile müqayise olunasi bir şey deyil.Buga yarislarinda hami iştirak etmir,müeyyen bir kütle iştirak edir,bu axmaqlarda ise bütün qadinlara edilir,işgence verilerek,cahil formada.Yeni ne dinde bele bir mecburiyyet var,ne de tibbe bir xeyri var,ne deki saglamliga..Bunun tek bir adi cahilliyin nümayişidir.

      Cavab yaz
      • Anonim
        Vətənsevər · 6 Noyabr 16:0330

        Bir daha vurğulamaq istəyirəm ki, mən qadın sünnətinə şiddətli şəkildə qarşıyam. Vəhşilikdi, cəhalətdi razıyam!!! Sadəcə bunu müsəlmanlara şamil olunmağını sevmirəm. Çünki quranda qadın sünnəti ilə bağlı bir şey yazılmayıb. Bəzi axmaqlar, çox çox üzr istəyirəm, qadınların bu sünnətdən sonra cinsi münasibətdən daha çox zövq alacaqlarını düşünərək belə bir axmaqlığın təməlini qoyublar. Lakin hal-hazırda dünyada o qədər də yayqın deyil. Bayaq statistikaya da baxdım. Ortalama 10 milyon xanımdan gedir söhbət. Afrikadakı deqredasiyanı da nəzərə alsaq səbəb kimi nə islamı, nədəki müsəlmançılığı, yanlız cəhaləti göstərmək olar. Şərhimə diqqət ayırdığınız üçün minnətdaram

        Cavab yaz
        • Anonim
          Vetensever-e · 6 Noyabr 18:2210

          Müselmançiliga nece şamil edilmesin ki??.Axi bunu eden dinler arasinda yalniz müselmanlardir,teessüfler olsun ki..Meqalede qeyd olunmayib esl sebebi eslinde..Bu cahil agillarinca exlaqsizligin qarsisini almaq üçün,atilan bir sehv addimdir..Sizin mövqeyinizi bildim,müdaxilem sadece Ispaniya ile müqayisenize oldu..Bir fikirlede sizle raziyam ki,fexr edilesi meqamlar,çox vaxt ört-basdir edilir,utancverici hereketler ise qabardirilir...Men de size minnetdaram,cavablandirdiginiz üçün..

          Cavab yaz
  • Anonim
    orbet. · 6 Noyabr 09:4350

    İslam dinində Allahdan elə bir hökm yoxdur ki, sən müsəlmansansa mütləq sünnət olmalısan, sünnət olmamaq insanı müsəlman olmasına dininə mane olmaz, bu hal kişilərə də aiddir. Qadınların və ya kişilərin sünnət olması İslam dinindən əvvəl də mövcud olub və bəzi xalqların adəti olub. Rəvayətə görə İbrahim peyğəmbərin dövründən qalıb, bu da dəqiq deyil nağıl ola bilər

    Cavab yaz
  • Anonim
    Mamed · 6 Noyabr 11:3871

    Düzü mən də oğluma bu yaxınlarda adət xatirinə sünnət əməliyyatı etdirdim amma indiki dövrümüzdə bu əməliyyatı çox lazımsız və gərəksiz hesab edirəm. Uşağın normal orqanını nə günə saldılar. Biz də əzab çəkdik uşaq da. Bu adəti yaradanı o ki var tərif etdim.

    Cavab yaz
  • Anonim
    Qişi · 6 Noyabr 13:3410

    oglanlar xalinı görün oglanlar nece eziyet cekir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.