Maraqlı

"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb

25 Oktyabr 2019 07:21
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Kanada, Almaniya, Böyük Britaniya v Portugaliya sakinlərində müşahidə edilir.

Bildirilir ki, "Facebook" istifadəçilərin şikayətlərinin təxminən 45 faizi sosial şəbəkənin xəbər lentinin, 34 faizi sosial şəbəkənin tamamilə işləməməsi, 19 faizi isə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır.

"İnstagram" istifadəçilərinin isə təxminən 83 faizi sosial şəbəkənin xəbər lentinin işləməməsi, 9 faizi saytların çətin açılması, 6 faizi isə ismarıclara baxa bilməmələrindən şikayət edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.