Qədim Assuriya gil lövhələrində günəş fırtınasının izləri tapılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eramızdan əvvəl VII əsrə aid qədim Assuriya gil lövhələrində assuriyalıların "qırmızı parıltı", müasir astronomiya elmində isə günəş fırtınası kimi göstərilən təbiət hadisəsinin izləri tapılıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Yaponiya və Böyük Britaniya alimlərinin apardıqları tədqiqatların nəticələri "The Astrophysical Journal" nəşrində dərc edilib.
Alimlər qeyd edirlər ki, kosmik hadisələr Yer kürəsində həyata ciddi təsir göstərir. Bu, təkcə maqnit sahəsi ilə bağlı insanların səhhətində yaranan dəyişikliklər deyil, habelə elektrik xətlərində, peyklərdə, radiodalğalarda pozulmalar şəklində özünü göstərir. Onların öyrənilməsi gələcəkdə baş verəcək fəsadların minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Bir qayda olaraq, bu cür hadisələrin səbəbi günəş küləklərinin axınının qarşılıqlı təsiri sayılır. Bunun nəticəsində Yerdə maqnit sahəsi də dəyişir.
Əvvəlki tədqiqatlar da 2700 il bundan qabaq baş vermiş günəş fırtınasının izlərini aşkara çıxarıb. Hisasi Hayakavanın rəhbərlik etdiyi elmi qrup bu fırtınanın digər izlərini tapmağa qərar veriblər. Bu məqsədlə qədim Assuriya gil lövhələrini tədqiq edən alimlər qədim Mesopotamiyanın tarixi və məişəti ilə yanaşı, astronomik sübutlar da tapıblar. Belə ki, qədimdə bütün hökmdarlar kimi, Assuriya çarları da astroloqların rəyini yüksək qiymətləndiriblər. Sonuncular isə yetərincə geniş astronomik salnamə tərtib ediblər ki, indi astronomlar həmin mənbələrdən istifadə edirlər. Hayakava və həmkarları günəş fırtınasının əlaməti olan qütb parıltısının təsvirinə rast gəliblər. Onların e.ə. 679-655-ci illərə aid olduğunu ehtimal edən alimlər qeyd ediblər ki, Assuriyanın uzaq cənubda yerləşməsinə baxmayaraq, güclü günəş fırtınasını hətta Yaxın Şərqdə də müşahidə etmək mümkün olub. Gil lövhələrin üzərində qırmızı parıltılar və qırmızı buludlar təsvir olunub. Eyni zamanda, alimlər qeyd edirlər ki, həmin dövrdə Yerin maqnit qütbü Mesopotamiyaya indikindən daha yaxın yerləşib.
Alimlər onu da müəyyən ediblər ki, 2700 il əvvəl baş vermiş elmə məlum olan günəş fırtınası o qədər güclü olub ki, Yerin ozon qatını da dəlib. Onlar qeyd edirlər ki, bənzər hadisələr sonralar da - 775 və 993-cü illərdə təkrar olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





