Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə - formaldehid aşkar edilib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Elmi İstehsalat Birliyi 40 kosmetika nümunəsinin tərkibini Fransanın laboratoriyalarından birində yoxlayıb. Bu vasitələr arasında üz üçün kremlər, losyonlar, şampunlar, duş üçün gel, dırnaq boyası və s. olub.
Tərkibi yoxlanılan məhsullar arasında "Garnier"dən qırışlara qarşı krem, "Olivia" firmasından dırnaq boyası, "Amalfy" firmasının kəpəyə qarşı şampunu, "CLARİROL" saç boyası, "MAT" şirkətindən dodaq boyası, "MaxFactor" firmasından tuş, "Sunsilk" saç kondinsioneri, "Clear" şampunu və "Prestige" saç boyaları olub.
Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin bir daha təsdiqidir.
Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır.
Maddədən sənayedə istifadə edilir. Formaldehid selikli qişaya və dəriyə zərərlidir.
Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.
Milli.Az