Audi yeni RS modellərini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audi şirkətinin "bərkgedən" RS modelləri alman markasının fanatları arasında xüsusi rəğbətə malikdirlər. Marka pərəstişkarlarında heyranlıq yaradan RS ailəsinin iki yeni fərdi bu gün debüt edib. Bunlar Audi RS Q3 və RS Q3 Sporback krossoverləridir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, 2020-ci ilin birinci rübündə Avropada satışa çıxarılacaq "bərkgedən" krossoverlər aqressiv xarici görkəmə və güclü 5-silindrli mühərrikə sahib olublar. 2,5-litrlik mühərrik alüminium karterə və içi boş dirsəkli vala sahib olub. Bu iki yenlik ümumilikdə 19 kq çəkiyə qənaət etməyə imkan verib.
Yeni cütlüyün təchzi edilidiyi mühərrik 394 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir. Güc aqreqatı 7-pilləli S tronic qutusu və quattro tam ötürməsi ilə tandemdə çalışır. Bu üçlük krossoverlərin 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənməsinə şərait yaradır. Hər iki krossoverin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Əlavə ödənişlə, bu həddi 280 km/saata çəkmək də olar.
Krossoverlər standart olaraq hündürlüyü 10 mm azaldılmış asqı və altıporşenli supportları və polad diskləri olan əyləc mexanizmləri təchiz edirlirlər. Daha aqressiv idarəetməni sevənlər üçün Dynamic Chassis Control sistemi də nıəzərdə tutulmuşdur. Əlavə ödənişlə, alüminium monoblok supportları olan karbon-saxsı əyləc mexanizmlərini və RS Sport idman buraxılış sistemini sifariş etmək olar. Sonuncu qara rəngli çıxış borularına və daha möhtəşəm səsə malikdir.
RS Q3 və RS Q3 Sportback modellərini qara rəngli həcmli radiator barmaqlığı, iri hava girişləri olan ön hissə, damda quraşdırılan qapa parlaq rəngə malik olan spoyler, oval çıxış boruları və 21-düymlük təkər diskləri sayəsində tanımaq olar. "Bərkgedən" kuzovunu iki eksklyuziv rəngə boyamaq olar: parlaq Kyalami Green və Nardo Grey.
Məlum məsələdir ki, krossoverlərin salonunda idman oturacaqlarını, qara Nappa dərisi və alkantara ilə tərtibatı aşkar edəcəksiniz. Salonu canlandırmaq arzusunda olanlar kuzov rəngində tikişləri də sifariş edə bilərlər. Ümumiyyətlə, təklif edilən dizayner dəstləri müxtəlif rəngli tərtibat elementlərini nəzərdə tutur. Əlavə ödənişlə, Virtual Cockpit Plus rəqəmsal displeyini də sifariş etmək olar.
Hər iki krossoverin cəlbedici alındığından şübhəmiz yoxdur. Yeganə naməlum olan, bu krossoverlərin Bakı küçələrində nə zaman şütüyəcəkləridir. Doğrudur, azərbaycanlı alıcılar kiçik ölçülü avtomobillərə iri məbləğdə pul verməyə hazır deyillər, lakin bu günlərdə şəhərdə rast gəldiyim Audi SQ5 bu baxışın yavaş-yavaş dəyişdiyindən xəbər verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
XƏBƏR LENTİ
-
Türkiyəli aktrisa yenidən saxlanıldı - (Foto)
-
Bakıda 12 yaşlı qız faciəli şəkildə öldü
-
Ötən həftə Azərbaycanda 3 nəfərin meyiti aşkarlandı
-
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
-
İrandan Azərbaycana narkotik keçirmək istədilər
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
-
M7 ekspres avtobusunda təhlükəli vəziyyət - (Video)
-
Bakıda aptekdə qəribə elan: 110 yaşdan yuxarı şəxslərə... - (Video)
-
“Ürəyim yeniyetmə qızlar kimi döyünür” - 4-cü dəfə ərə gedən türk aktrisa - (Video)
-
Qədiməli Əhməd vəfat etdi
-
Pezeşkian çıxış edərkən Hindistan rəsmisi qoz-fındıq yedi - (Video)
-
Azərbaycanda istirahət mərkəzlərində ölüm və xəsarətlə nəticələnən hadisələr
-
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
-
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
-
Azərbaycanda onların iş vaxtı artırılır
-
Yeniyetməlik dövründə bu dəyişikliklər normaldır - Mütəxəssis açıqladı
-
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
-
Azərbaycanda 3 600 illik nadir tapıntı aşkarlandı - (Foto)
-
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - (Foto)
-
Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb - (Foto)
-
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
-
Zaur Rzayevin vəziyyəti açıqlandı





