Maraqlı

Ofis üçün ən dəbli trikotaj paltarlar - FOTO

7 Oktyabr 2019 05:30
0 Şərh     Baxış: 2 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun trikotaj donlar mövsümün isti, rahat və ən əlverişli ofis geyimidir. Əgər güllü yay sarafanlarını dərhal cins şalvarlara dəyişmək istəmirsinizsə, payız soyuğu sizi qorxutmasın, trikotaj donlara nəzər salmağa tələsin.

Milli.Az xəbər verir ki, boz, qara, zərli, hətta qəhvəyi, qırmızı və boz trikotaj donlar bu mövsüm aktual olacaq. Lakin bu dəfə onların xüsusilə midi versiyaları trenddir.

Asimmetrik kəsimlər və kəmər detalları trikotaj əlbisənin sadələyini azaldıb daha dəbli göstərəcək. Odur ki, bəzək elementlərinə xüsusi diqqət yetirin.

Trikotajda payızın ən şiddətli küləyinə qalib gəlmək şansı yüksəkdir. Parçanın qalınlığı və uzunluğu küləyin onu qaldırmasına imkan verməyəcək. Odur ki, küçədə rahatlıqla addımlaya biləcəksiniz. Trikotaj donlar həm də onunla universaldır ki, onu istənilən ayaqqabı modeli və üst geyimi ilə uzlaşdırmaq mümkündür.

Modapərəstlər üçün bir neçə nümunə təqdim edirik. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.