Maraqlı

Qeybət edənin oruc-namazı 40 gün qəbul olunmaz

21 Sentyabr 2019 23:55
5 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəql edilir ki, bir gün Peyğəmbərimiz (s) buyurdu: "Ey o dəstə ki, ziyana iman gətirmisiniz və ürəyinizdə iman yoxdur. Müsəlmanların qeybətini etməyin və onların eyblərini kəşf etməyin. Çünki o kəs ki, din qardaşının eybini kəşf etmək ardınca olar, Allah da onun eyblərinin kəşf edilməsi ardınca olar. O yerə qədər ki, evinin içində onu rüsvay edər".

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə isə oxuyuruq: "Ən pis sələm - müsəlmanın abırını aparmaqdır".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurub: "Qeybət hər bir müsəlmana haramdır. Həsənələri aradan aparar. Necə ki, atəş odunu yandırar və məhv edər".

Qeybət haqqun-nas olduğu üçün qeybət edənin əməl dəftərinə yazılmış həsənələrini məhv edər və onları qeybət etdiyi şəxsin əməl dəftərinə ötürər.

Qüdsi hədislərdən birində oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) xutab edir: "O kəs ki, qeybət etdiyi üçün tövbə edərək ölər, behiştə daxil olan sonuncu insan olar. O kəs ki, tövbə etmədən ölərsə, cəhənnəmə daxil olan ilk kəs olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, din qardaşının qeybət və eyblərini kəşf etmək yolunda addım atarsa, ilk atdığı addımı cəhənnəmə qoyar".

Həzrət (s) başqa yerdə buyurur: "Heç bir məclis qeybətlə abad olmaz, dinin nəzərində viran olar".

Peyğəmbərimiz (s) qeybətin gətirdiyi mənəvi ziyanlara işarə edərək buyurur: "O kəs ki, din qardaşının və ya bacısının qeybətini edər, Allah onun namaz və orucunu 40 gün qəbul etməz. Məgər o halda ki, qeybət etdiyi şəxs ondan razı olsun".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim müsəlanın qeybətini edərsə, orucu batil olar, dəstəmazı pozular. Qiyamət günü ağzından elə bir iy gələr ki, murdar iyindən də pis olar. Belə ki, məhşər əhli ondan narahat olarlar".

İmam Əli (ə) buyurur: "Qeybətdən çəkin ki, səni Allahın dərgahında və insanların yanında mənfur edər. Əcr və mükafatını bada verər".

Bu hədislərdən sonra qeybətin nə qədər dünya və axirətimiz üçün ziyanlı olduğunu başa düşər və ondan çəkinməyə çalışarıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.