Maraqlı

Xiaomi şirkəti yeni flaqman smartfonu Mi Mix 4 yox başqa cür adlandıracaq

16 Sentyabr 2019 08:11
0 Şərh     Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Mix flaqman seriyasının növbəti modellərinin adlarını dəyişəcək. Görünür, bu məlumat öz təsdiqini tapıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət keçən ayın sonunda Mix Alpha ticarət nişanını qeydiyyatdan keçirtmək üçün sorğu göndərmişdi. Beləliklə şirkətin yeni flaqman smartfonu böyük ehtimalla məhz Mix Alpha adlanacaq.

    Bu barədə IThome saytı xəbər verib. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru və 108 MP-lik ISOCELL Bright HMX kamera modulu ilə təchiz olunacaq. Çinin patent bürosunun məlumatlar bazasında Mix Alpha-dan başqa həmçinin Xiaomi Watch Color adına da rast gəlinib. Çox güman ki, söhbət, Mi seriyasının ilk smart saat modelindən gedir. Təəssüflər olsun ki, smart saat modeli barəsində heç bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.