Maraqlı

Buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib

11 Sentyabr 2019 08:04
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveçdə buzlaqların əriməsi nəticəsində yarımada adaya çevrilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şpitsbergendə arktik Norveç arxipelaqında sahəsi 10 kvadratkilometrə yaxın olan yeni ada yaranıb.

Qurunun bu hissəsi onilliklər boyu yarımada hesab edilirdi, lakin bu il yayda buzlaqların əriməsi nəticəsində başqa mənzərə yaranıb. Tromsö şəhərindəki Norveç Qütb Tədqiqatları İnstitutunun topoqrafı Anders Skoqlund yerli jurnalistlərlə söhbətində deyib: "Buzlağın əriyib sahildən uzaqlaşdığı yerdə çəkilmiş yeni fotoşəkillərdə dənizin göy rəngli zolağı yaranıb. Şpitsbergendəki buzlaqlar son illərdə sürətlə əriyib uzaqlaşıblar. Bu, dənizə çıxan buzlaqlara da aiddir. Onlar qurudakı buzlaqlarla müqayisədə daha sürətlə əriyir".

Şpitsbergenin şimal-şərq sahillərində yeni adanı Anders Skoqlund kəşf edib. İnstitut burada Şpitsbergen rayonu barədə kartoqrafik məlumatlar yaradılması üzərində işləyir.

Tromsö şəhərindəki Norveç Qütb Tədqiqatları İnstitutunun buzlaqları tədqiq edən əməkdaşı Qeyr Moxoldt isə jurnalistlərə müsahibəsində bildirib ki, bu proses davam edir. Çox güman ki, gələcəkdə uzaq şimalda yeni kiçik adalar yaranacaq. Alim daha sonra deyib: "Lakin bu proses onilliklər boyu, bəlkə də 100 il davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.