Maraqlı

“Apple” korporasiyası ucuz “iPhone” smartfonu təqdim edəcək

7 Sentyabr 2019 08:31
0 Şərh     Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası 2020-ci ildə yeni "iPhone SE" smartfonunun istehsalını planlaşdırır. Bu haqda Yaponiyanın "Nikkei" nəşri yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2020-ci ilin yazında nümayiş etdirilməsi planlaşdırılan sözügedən smartfon 4,7 düymlük displey, "Touch ID" barmaq izləri skaneri, bir əsas kamera və "iPhone 8"-də olduğu kimi eyni korpusla təchiz ediləcək. Eyni zamanda bu smartfon öz texniki xüsusiyyətlərinə görə 2019-cu ilin payızında təqdim ediləcək yeni "iPhone" səviyyəsində olacaq.

Yeni aparatın qiyməti açıqlanmasa da, ancaq onun "iPhone Xr" və "Xs"dan daha ucuz olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.