Maraqlı

Britaniyanın benqallara yaşatdığı dəhşətli aclıq FOTOLARDA

29 Avqust 2019 18:59
26 Şərh     Baxış: 2 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sivil, humanist, demokratik Qərb barədə danışanda gülümsəyirəm. Tarix də inadkardır.

Sadəcə, bu fotolara baxın.

Yəni Qərbi Benqaliyadakı aclıq... Hindistan əyaləti olan Benqaliyanın 60,3 milyonluq əhalisinin 9 milyon nəfəri aclıqdan öldü.

İlkin səbəb İkinci Dünya Müharibəsi illərindəki düyü qıtlığı idi. Benqaliyada 3 növdə düyü becərilirdi. Qışda "aman", payızda "aus", baharda "boro". Aman düyü istehsalının 71 faizini təşkil edirdi. Amma 1942-ci ilin qışındakı güclü qasırğalar Benqaliyanın cənubundakı sahilyanı bölgələrdə amanın əksəriyyətini məhv etdi. Daha sonra yağışlar və sellər yerdə qalan məhsulun da axırına çıxdı.

Sonda da çəltik tarlaları göbələyə yoluxdu və az qalmış məhsulun 90 faizi də belə məhv oldu.

Birmanın yapon işğalında olması, məhsulun məhvi düyünün qiymətini 6 dəfə qaldırdı. Qıtlıq yarandı.

Britaniyanın müstəmləkə administrasiyası ac qalmış benqallara yardım etmək əvəzinə anbarlarda qalmış son 80 min ton düyünü də apardı.

Yaponların işğalından qorxan britaniyalılar 10 nəfərdən artıq sərnişin daşıya bilən bütün qayıqları müsadirə etdilər. Halbuki benqallar bu qayıqlardan balıq tutmaq və ərzaq daşımaq üçün istifadə edirdilər.

Nəticədə Benqaliyada dəhşətli aclıq başlandı.

Səbəbkar Britaniya idi...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.