Maraqlı

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir

29 Avqust 2019 20:40
0 Şərh     Baxış: 3 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Orqanizm üçün ən zəruri vitaminlərdən biri, bəlkə də birincisi D vitamini hesab olunur. Orqanizmdə bir çox problemlər məhz D vitamininin çatışmazlığı nəticəində yaranır. Son illərdə aparılan bir sıra araşdırmalar nəticəsində hətta xərçəngin yaranmasında da bu vitaminin əskikliyinin rol oynadlğı ortaya çıxıb. Mütəxəssislər bildirir ki, son illərdə D vitamini çatışmazlığı çox geniş yayılıb. Ələlxüsus körpələr, yeniyetmələr arasında bu problemə çox rast gəlinir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, orqanizmdə D vitamininin yaranmasını təmin edən başlıca amil Günəş işığıdır. Bu vitamin daha çox Günəşin təsiri nəticəsində dəridə yaranır.

Uzman həkim, ortoped-travmatoloq, Rəşad Zeynalov da bədən üçün lazımi D vitamininin 90 faizinin Günəş işığı ilə, yalnız 10 faizinin qidalarla alına bildiyini açıqlayıb. Onun sözlərinə görə, Günəş vasitəsilə D vitamininin qəbulu üçün ən yaxşı zaman saat 11:00-15:00 arasıdır. Həkim bu saatlarda günəşlənmədən öncə mütləq sağlamlıqla bağlı ümumi həkim müayinəsindən keçməyi tövsiyə edib.

Qeyd edək ki, mütəxəssislər hesab edir ki, D vitamini sintezi məhz saat 11-15 arasında getdiyi üçün həmin müddətdə qısa bir zamanda kölgəli yerdə durmaq da faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.