Maraqlı

Porsche GT3 ailəsinin 20 illik yubileyini qeyd edir - FOTO

17 Avqust 2019 20:30
0 Şərh     Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Porsche şirkəti GT3 ailəsindən olan 911 modelinin 20 illik yubileyini qeyd edir. Bu ailənin ilk üzvü olan Porsche 996 GT3 modeli 1999-cu ildə Cenevrə avtosalonunda debüt edib. O zaman, alman istehsalçısı sportkarı "model xəttinin ən məqsədyönlü üzvü" kimi təqdim edib. Porsche şirkəti GT3 modelini 1970-ci ilin 911 Carrera RS 2.7 sportkarının davamçısı olduğunu hesab edirdi.

Milli.Az autograph.az-a istinadən bildirir ki, ilk Porsche 911 GT3 modeli 360 at qüvvəsi hasil edən 3,6-litrlik altısilindrli atmosfer mühərriki ilə hərəkətə gəlirdi. Mühərrikin gücü mexaniki qutu vasitəsi ilə arxa oxa ötürülürdü. Avtomobil digər sportkarlardan yüngülləşdirilmiş kuzovu və aqressiv aerodinamikası ilə seçilirdi. "Şimal ilgəyini" 8 dəqiqədən yeyin qət etmiş avtomobil seqmentinin etalonuna çevrilmişdi.

20 il ərzində Porsche 911 GT3 altı variantda buraxılıb. Sportkar üç nəsil dəyişdirib və hər bir nəsildə restaylinqdən keçib. RS (Race Sport) seriyasının əsas əlamətləri bu günə qədər dəyişməyib: bunlar atmoisfer tipli altısilindrli oppozit mühərriki, arxa çəkiş və azaldılmış çəkidir. Bu gün satılan Porsche 911 GT3 991.2 modeli 2017-ci ildə debüt edib.  Sportkarın trek versiyasını mexaniki qutu ilə də sifariş etmək olar, onun 4,0-litrlik mühərrikinin gücü isə, 500 at qüvvəsinə çatıbdır.

Artıq, Porsche şirkəti "yeddinci" GT3 modelinin 992 kuzovunda olan variantını hazırlayır. Böyük ehtimalla, ekstremal sportkar gələn ay Frankfurtda debüt edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.