Maraqlı

Dünyanı cənginə alan “Tik Tok” nədir? - Maraqlı faktlar

12 Avqust 2019 16:31
0 Şərh     Baxış: 7 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya əhalisinin bir qismi son dövrlər məşhur "Tik Tok" proqramının zərərli olduğunu söyləsələr də, digər qismi əyləncəli olduğu qənaətindədir.

Milli.Az Kult.az-a istinadən "Tik Tok"la bağlı bəzi maraqlı faktları təqdim edir:

1. Dünyada ən çox "Tik Tok" istifadəçisi Hindistan (119.3 milyon), ABŞ (39.6 milyon) və Türkiyədədir (28.4 milyon).

2. Çin tərəfindən yaradılan "Tik Tok" dünyada ən sürətlə böyüyən sosial media platformasıdır.

3. "Tik Tok" dünyanın ən böyük startapı olan 75 milyard dollarlıq "ByteDance"a aiddir.

4. 150-dən çox sosial platforma bazarında 75 dildə istifadə olunur.

5. Bu, "Appstor"da ən çox yüklənən proqramdır.

6. "Tik Tok"un bir milyarddan çox aktiv istifadəçisi var.

7. Bu proqram 15 saniyəlik dublyaj videolarından ibarətdir.

8. ABŞ Federal Ticarət Komissiyası 13 yaşdan kiçik uşaqların məlumatlarını toplamasını əsas gətirərək, şirkəti 5.7 milyon dollar məbləğində cərimələyib.

9. Pornoqrafiyaya təşviq etdiyi iddiası ilə sözügedən proqramın istifadəsi bir neçə həftə Hindistanda qadağan edilib. Son vaxtlar Hindistan parlamentində "Tik Tok"un birdəfəlik məhdudlaşdırılması müzakirə olunur.

10. Bu proqram təkcə 2019-cu ilin iyun ayında 10.8 milyon dollar qazanıb. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə 588 faiz artım deməkdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.