Maraqlı

Park Cinema-da "Kral Şir" filminin təqdimatı keçirilib - FOTO

24 İyul 2019 20:04
0 Şərh     Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Park Cinema-da "Kral Şir" filminin təqdimatı keçirilib.

Milli.Az xəbər verir ki, təqdimatda yerli tanınmışlar, mətbuat nümayəndələri və başqa qonaqlar iştirak ediblər.

Düz 25 il bundan əvvəl "Kral Şir" cizgi filmi bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth eləmişdi. Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat "Kral Şir"ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verib.

2016-cı ildə "Disney" elan etdi ki, "Kral Şir"in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro ("Dəmir adam", "Dəmir adam 2", "Cəngəlliklər kitabı") olacaq. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Aktyor heyəti  ulduz axını ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor... Filmin dünya premyerası iyulun 9-da Hollivudda keçirilib.

"Biz "Kral Şir"in nümayişinə 18 iyuldan başlayırıq. Həmin gün eyni zamanda IMAX, Dolby Atmos, LaseR и VIP zallarında cəmi 75 seans planlaşdırılıb", - Kinoteatrlar şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev belə deyib. 

O, həmçinin bildirib ki, şəbəkə "Kral Şir"in xüsusi nümayişi üzərində işləyir. "Ayın 18-də Park Cinema Flame Towers kinoteatrında "Kral Şir"in premyerasına həsr olunmuş xüsusi axşam təşkil olundu. Əminəm ki, bu nümayiş unudulmaz oldu", - o, həmçinin qeyd edib.

Fətəliyevin sözlərinə görə ,artıq Park Cinemada bu cür tədbirlərin keçirilməsi üzrə təcrübə formalaşıb. "Biz çalışırıq ki, xüsusi nümayişlərimizi hər dəfə daha yaxşı edək və biz qonaqlarımızdan müsbət reaksiya aldığımıza görə şadıq", - Rüstəm Fətəliyev söyləyib.

Milli.Az tədbirdə çəkilən görüntüləri təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.