Maraqlı

Britaniyada enerji səmərəliliyinə malik texnologiyaların inkişafına maliyyə vəsaiti ayrılacaq

23 İyul 2019 07:21
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hökuməti enerji sistemlərinin səmərəliliyinin artırılmasına yönələn texnoloji layihələrə maliyyə dəstəyi göstərəcəyini açıqlayıb. Seçim mərhələlərindən uğurla keçən şirkətlərə 100-500 min funt-sterlinqi (124-621 min dollar) ayrılması nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, enerjidən istifadə və saxlanılma üzrə rəqəmli həllərin hazırlanmasının dəstəklənilməsinə ayrılan ümumi fond 3 milyon funt-sterlinq (3,7 milyon dollar) təşkil edəcək. Əsas məqsəd "ağıllı" İT sistemləri vasitəsilə şəbəkədə bərpa olunan enerjinin qeyri-bərabər bölüşdürülməsi ilə bağlı problemi həll etməkdir. İri şirkət və startapların iştirak edəcəyi layihənin iyulun sonunda rəsmən istifadəyə verilməsi planlaşdırılır.

Mümkün investisiya istiqamətləri sırasına enerji sistemlərinin proqram təminatının monitorinqi əlavələrinin hazırlanması, yerli və milli enerji şəbəkələri arasında inteqrasiyanın yaxşılaşdırılması və enerji hasilatının real vaxt rejimində bütün şəbəkə səviyyəsində optimallaşdırılması daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.