BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya ölkələrinin cəmi 42 faizində torpaq mülkiyyəti ilə bağlı gender bərabərliyi təmin olunub, maliyyə xidmətləri sahəsində isə qadınlar yalnız dövlətlərin 60 faizində kişilərlə eyni hüquqlara malikdirlər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu təşkilatın Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa gender bərabərliyi və qadınların ictimai həyatda daha fəal iştirakı ilə bağlı keçirilən tədbirdə söyləyib.
Baş Assambleya sədrinin sözlərinə görə, kənd rayonlarının sakinləri, fiziki imkanları məhdud olan şəxslər, yerli xalqların nümayəndələri və yaşlı qadınlar daha çox ayrı-seçkiliyə məruz qalırlar. "Dünyanın heç bir ölkəsi tam olaraq gender bərabərliyini təmin edə bilməyib", - deyə o vurğulayıb. Fernanda Espinosa əlavə edib ki, qadınların ictimai həyatda fəal iştirakı iqtisadiyyatın və digər sahələrin inkişafına kömək edir.
Xanım Espinosa dünya ölkələrinin liderlərini BMT-nin təşəbbüsünə qoşularaq zərif cinsin nümayəndələrini daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb. Bu təşəbbüs təşkilatın martda keçirilən iclasında irəli sürülüb. "Biz qızların və qadınların hüquqlarını genişləndirmək üçün hansı tədbirlərin görülməsini yaxşı bilirik. Onlar Pekin Bəyannaməsində və 2030-cu ilədək Fəaliyyət Planında əksini tapıb. Bu gün bizə lazım olan isə siyasi iradədir", - deyə Baş Assambleyanın sədri vurğulayıb. O, aparılan diskussiyaların gender bərabərliyinin təmin olunmasında faydalı olacağına ümidvar olduğunu bildirib gələn il Pekin Bəyannaməsinin 25 illiyinin tamam olacağını xatırladıb. Bu sənəd 1995-ci ildə Çinin paytaxtında keçirilən qadınların vəziyyətinə dair Ümumdünya konfransında qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
"Tastewashing" nədir?
XƏBƏR LENTİ
-
Bakıda ilk dəfə Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
-
DYP sürücülərə müraciət ETDİ
-
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
-
Bakıda bu avtobuslar yenilənir - Qiymət…
-
Ayın ilk günü kəskin isti olacaq - PROQNOZ
-
Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
-
ABŞ və İsrail buludlara müdaxilə edir?
-
Ziraat Bank Bankkart Prestij "Sabah" bir futbolçusu ilə yollarını ayırdı
-
Cüdoçumuz Avropa Kubokunun qalibi oldu
-
Bu gecə gözünüz səmada olsun
-
Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA
-
Azərbaycan U-21 millisində dəyişiklik
-
Durovun sevgilisinin istəkləri gündəm oldu - Siyahıda görün nələr var
-
Putinin planı üzə çıxdı? - NATO-nu zəiflətmək istəyir
-
Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı
-
Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək
-
Tütün hər il 7 milyondan çox can alır
-
Beynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
-
Stalinin şərabları ilk dəfə hərraca çıxarılacaq
-
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
-
Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
-
"Taleyim belə gətirdi, peşman deyiləm"
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Qatıqsız almalı peçenye resepti





