Maraqlı

Qlobal superkompüter reytinqi dərc edilib

25 İyun 2019 08:05
0 Şərh     Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TOP500" layihəsi dünyanın ən güclü superkompüterlər reytinqinin 53-cü versiyasını dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu reytinq 1993-cü ildən etibarən ildə iki dəfə ABŞ və Almaniyadan olan bir neçə alim tərəfindən tərtib edilir. ABŞ-ın superkompüterləri - "Summit" (148,6 petaflops) və "Sierra" (94.6 petaflops) yeni reytinqdə ilk iki yeri tutublar. Çinin "Sunway TaihuLight" və "Tianhe-2A" superkompüterləri 3-cü və 4-cü, ABŞ-ın "Frontera" (23,5 petaflops) superkompüteri isə 5-ci yeri tutub.

Çin (219 ədəd) reytinqdə superkompüterlərin sayına görə liderdir. Sonrakı yerlərdə ABŞ (116), Yaponiya (29), Fransa (19), Böyük Britaniya (18) və Almaniya (14) qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.