Maraqlı

Dünyanın ilk 360 dərəcə şəffaf divarlı hovuzu

15 İyun 2019 23:15
0 Şərh     Baxış: 1 207

Londonda 5 ulduzlu beynəlxalq bir otelin layihəsi ortaya çıxdı. Bu layihədə 55 mərtəbəli binanın üstündə olan hovuz, sahib olduğu şəffaf divarlarla diqqət çəkir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İngiltərənin paytaxtı London, gələcək dövrlərdə bu günə qədər edilməmiş olan bir şeyə sahib olmağa hazırlaşır. Yaradılan bir inşaat layihəsi daxilində Londona 55 mərtəbəli bir qüllənin üstündə, dünyanın ən çətin hava şərtlərinə belə qarşı gələn və Londonun bütün görüntüsünü sərgiləyə biləcək olan bir hovuz müzakirə edilir. Suyun içərisində belə 360 dərəcəlik görüş bucağına sahib ola biləcəyiniz bu hovuza 'Infinity London' adı verilib.

Yuxarı doğru daralaraq gedən və ən üst qisimində də kvadrat formasını alan bu qüllənin üstündə ediləcək olan hovuz, yerdən tam 220 metr yüksəklikdə olacaq. Bununla birlikdə hovuzun tutumu tam 600 min litr olacaq və şəffaf kənarlara sahib olacaq. Bundan əlavə, hovuzda olan suyun aşağı tökülməsinə maneə törədəcək olan xüsusi bir külək monitoru olacaq və hovuzun istiliyi də davamlı nəzarət altında saxlanılacaq. Binanın öz kondisioner sisteminin hovuza da daxil ediləcəyi xüsusi bir sistem sayəsində hovuzun istiliyi müəyyən nisbətlərdə qalacaq.

Bütün bu xüsusiyyətlərinin yanında bu hovuz, binanın damını tamamilə əhatə edir. Buna görə binanın damına çıxıldığı anda hovuzun içində olunur. Bunun necə təmin edildiyi mövzusunda şərhlərdə olan layihənin dizayneri Aleks Kemsli, hovuza girmək ya da hovuzdan çıxmaq üçün dənizaltılarda olan qapı sistemlərini istifadə etdiklərini ifadə etdi.

Bu hovuzun bir başqa xüsusiyyətinə isə, hovuzun yerin və yan divarlarının da şəffaf olmasıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.