Maraqlı

Əmrə Belözoğluna mikrofon əvəzinə tualet fırçası uzadan azarkeş üzr istədi - VİDEO - FOTO

11 İyun 2019 23:57
3 Şərh     Baxış: 4 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü oyununa çıxmaq üçün  İslandiyaya gedən Türkiyə yığmasının futbolçuları gözlənilməz hadisələrlə qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, komanda altı saatdan çox təyyarə ilə uçduqdan sonra üç saat aeroportda gözlədilib. Bunun səbəbi komandaya açıqlanmayıb.

Üstəlik jurnalistlərə açıqlama verən Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğluna islandiyalı fanatlardan biri mikrofon əvəzinə tualet fırçası uzadıb.

Bu gün Əmrə Belözoğluna tualet fırçası uzadan belçikalı Corentin Siamang Türkiyə milli komandasının paltarını geyib və "Ən böyük Türkiyə" deyə bağırıb. Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.