Uşaqların yaş dövrünə uyğun oyuncaq seçimi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oyuncaqların uşağın inkişafındakı rolu hər kəsə məlumdur.
Körpələrin həm zehni, həm də fiziki olaraq inkişafı, münasibətlərinin formalaşması və təcrübələrinin artması üçün ən böyük dəstəkçilər oyuncaqlardır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, hər yaş qrupunun öz oyuncağı var.
0-6 ay arası
Uşaqlar doğulduqdan sonra ilk 2 ay müddətində onların eşitmə və görmə hissiyatları inkişaf edir. İşıq və səs kimi ani dəyişikliklər diqqətlərini cəlb edir və şəkillərə, rənglərə, səslərə reaksiya verməyə başlayırlar. Buna görə də, cüzi səs çıxaran rəngli oyuncaqlar bu ay üçün idealdır. İlk 2 aydan sonra görmə qabiliyyəti daha da artır və parlaq və fərqli rənglər onu cəlb edir. Buna görə də yavaş-yavaş oynada biləcəkləri rəngli oyuncaqlar, rəngli halqalar, musiqi qutuları, parçadan hazırlanan yumşaq oyuncaqlar məsləhətlidir.
6-12 ay
Artıq uşaqların bu aylarda əzələləri inkişaf edir və onlar daha çox hərəkət etməyə başlayırlar. Uzandıqları yerdə çevrilməyə, dönməyə başlayan körpələr 7-ci aydan etibarən oturur, 9-cu aydan isə iməkləyirlər. Artıq əllə tuta biləcəkləri oyuncaqlar ilə oynamağa başlaya bilərlər. Yenə bol rəngli, səs çıxaran, basma və sıxma kimi xüsusiyyətləri olan oyuncaqlar, diş qaşımaq üçün rezinlər, bir-birinin içinə girən müxtəlif formalı kubiklər, plastik toplar onlar üçün idealdır.
12-18 ay
12-18 aylıq uşaqlar üçün etdikləri hərəkətə reaksiya verən oyuncaqlar idealdır. Dayaq-hərəkət sistemlərinin inkişafına kömək edəcək oyuncaqlar da ala bilərsiniz. Məsələn, itələmək və ya çəkmək kimi xüsusiyyəti olan oyuncaqlar, ata biləcəkləri, və ya vura biləcəkləri oyuncaqlar. Bu yaş dövrü uşaqlara zehni inkişafına dəstək olacaq kiçik pazllar da gözəl hədiyyə olar.
2 yaş
Artıq sadə, qısa cümlələr qura bilən bu yaş dövrü uşaqlar daha çox xəyal güclərinə müraciət edirlər. Buna görə də, oyuncaqları ilə əlaqə qurmağa çalışırlar. Onlarla gülür, onlara əsəbləşir və onlarla danışırlar. Evcilik, həkimlik, müəllimlik kimi oyunlarla vaxt keçirən uşaqlar istifadə edə biləcəkləri paltarlara da ehtiyac duyacaq. Eyni zamanda topa vurma bacarığı da inkişaf etdiyindən, toplar, inşaat bacarıqları üçün kiçik evciklər hədiyyə edə bilərsiniz. Oyuncaq telefonlar, uşaq arabaları və kuklalar onların rabitə bacarıqlarını inkişaf etdirəcək. Həmçinin, pedallı maşınlar, böyük yumşaq ayıcıqlar, içindən keçə biləcəkləri kiçik tunellər, sadə zəka oyunları da onlar üçün idealdır.
3-6 yaş
Son olaraq, sırada 3-6 yaş arası uşaqlar gəlir. Uşaqlar artıq sual verməyə başlayırlar və hər şeyə diqqət edirlər. Fiziki qabiliyyətlərini sınamaq istəyirlər. Oyuncaqları paylaşmağı öyrənirlər, amma ən çox yığmağı sevirlər. Ona görə də, bu yaşlardakı uşaqlara kolleksiya edə biləcəkləri oyuncaq hədiyyə edə bilərsiniz. Legolar, 12-20 hissəli pazllar, musiqi alətləri, yazı taxtası, rəngləmələr, yaddaş oyunları, evcilik oynaya biləcəkləri oyuncaqlar onlar üçün idealdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama
-
Parkda gecələyən uşağın valideyninə cəza verildi - Yenilənib - (Video)
-
Tualetdən gec çıxan azərbaycanlı döyüldü
-
Azərbaycanda 4.3 ballıq zəlzələ oldu
-
“Dünya TV” cərimələndi
-
Bakıda avtomobil hərracı olacaq: Qiymətlər 3500 manatdan başlayır
-
Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması





