Maraqlı

Onurğanın vərəmi – Kimlərdə tapılır, müalicəsi varmı?

25 May 2019 19:16
0 Şərh     Baxış: 1 588

Onurğa sütunu vərəmi - vərəm infeksiyasının qeyri-ağciyər forması olub, onurğa sütununun ayrı-ayrı hissələrinə toxunur.
Milli.Az medicina.az-a istinadən bir çox insanlarda rast gəlinən, bel ağrılarına səbəb olan, bəzən başqa xəstəliklərlə səhv salınan onurğa vərəmi barədə geniş məlumatı təqdim edir.

Bu xəstəlik kiçik ağrılarla özünü büruzə verib, bütün onurğa boyu dağınıq iltihabi ocaqlar yaradıb, vaxtında düzgün müalicə olunarsa xoş proqnozludur, müalicə olunmazsa infeksiya fəqərələri dağıdıb, deformasiya edərək əlilliyə kimi gətirib çıxarır.
Statistikaya görə, sümük vərəmi xəstəliyi içində 80% rast gəlinən elə onurğa vərəmidir.

Kişilər daha çox risk altındadır.
70 xəstələrdə vərəm əsas 2 fəqərəni zədələyir, az hallarda 3-4 fəqərə yoluxur.

Boyun hissədə xəstəlik nadir halda olur.
Vərəm törədən bakteriyalar tərəfindən yaranan bu vərəm digər vərəm növləri kimi su, hava-damcı və xəstə insanla təmasdan yoluxur.
Xüsusən immuniteti zəif insanları daha çox yoluxdurur.

Onurğa vərəminin ağırlıq dərəcəsinə görə bir neçə tipi var:

I dərəcə - başlanğıc iltihabi mərhələ.
II- İrəliləmiş iltihab, hələ ki, onurğanın funksiyasına təsir etməyib
III- onurğada degenerativ dəyişikliklər, xəstəlik olan seqmentdə funksiyanın itməsi
IV - vərəm spondiloartroz əlamətləri başlayır, xəstənin onurğa seqmenti dağılmaq ərəfəsindədir

Xəstəliyin əlamətləri:

-Tipik ağrı
-Beldə əzələlərin gərginliyi
-Hərəkət zamanı ağrı
-Aktivliyin azalması
-Ayaqlara, qarın və döş qəfəsinə ağırlıq, ağrı
-Xəstənin yerişi dəyişir
-Onurğa sütunu əyilir, qarın önə çıxır
-Əgər vərəm döş qəfəsini zədələyibsə, xəstə yana və geriyə bütün bədəni ilə dönür, əyilndə də belini düz saxlayır
-Ağır formada onurğada irinli ocaqlar görülür, absess onurğa beyini sıxır, nəticədə xəstədə ayaqların iflici baş verir

Diaqnostika və müalicəsi

Əgər şübdə varsa, rentgen olunur. İlkin vərəm ocaqları görüldükdə, dəqiq müayinə üçün MRT olunur.
Müalicə üçün standar kimyaterapiya olunur, xəstəliyi törədənin eliminasiyasına çalışılır.

Gecikmiş mərhələdə onurğada əməliyyat aparılır.

Bu xəstəliyə tutulmamaq üçün əgər vərəmli insanla kontaktınız varsa, daim yoxlanmalı, ağciyər və onurğanın rentgeni olunmalı, immuniteti möhkəmləndirmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.