Maraqlı

Bu ölkənin prezidenti rüşvətxor məmurların və narkobaronların maşınlarını, villalarını satacaq - FOTO

22 May 2019 16:04
2 Şərh     Baxış: 5 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü Meksikanın paytaxı Mexikoda dünyanın ilk "antikorrupsiya" hərracı keçiriləcək.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Meksika prezidenti Andres Manuel Lopes Obradorun "Los-Pinos"dakı malikanəsində təşkil olunacaq "Robin Qud" adlı hərracda 82 bahalı avtomobil və onlarla villa satışa çıxarılacaq.

Avtomobillər Meksikada həbs olunmuş və ya axtarışda olan narkobaronlarla narkokartel liderlərinə, villalar isə rüşvətxorluq və korrupsiyaya görə həbs olunan, yaxud vəzifəsindən qovulan siyasətçilərlə məmurlara aid idi.

Hərrac prezident fərmanı ilə hökumətin nəzdində yaradılmış Antikorrupsiya Komissiyasının rüşvətxorluq və cinayətkarlıqla mübarizə proqramı çərçivəsində reallaşdırılacaq.

"Çirkin pullarla alınmış villalar və avtomobillərin satışlarından əldə olunacaq pullarınn ictimai məkanlara, parklara, xəstəxanalara, yoxsul məhəllərdə inşa ediləcək infrastruktura çevrilməsini istəyirik", - Obrador deyib.

Satışa çıxarılacaq 82 avtomobilin toplam ilkin qiyməti 15 milyon dollardır.

Hərracın bilavasitə təşkilatçısı "Oğurlanmış Əmlakın Xalqa Qaytarılması İnstitutu" (Institute to Return Stolen Goods to the People) adlı yeni qurumdur.

Meksika prezidenti Andres Manuel Lopes Obradorun dediyinə görə, satışdan əldə olunacaq pullar ölkənin ən yoxsul bölgələrindən olan Oahaka ştatındakı iki bələdiyyəyə veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.