Maraqlı

“Avroviziya”da terror təhlükəsi

14 May 2019 19:44
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İsraildəki səfirliyi öz rəsmi saytında Təl-Əvivdə "Avroviziya" mahnı müsabiqəsi vaxtı terror hücumlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın diplomatik missiyası həmvətənlərinə nümayişlərin keçiriləcəyi yerlərdən uzaq durmağı tövsiyə edib.

Belə ki, mahnı müsabiqəsi zamanı həm də ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Bəyanatın mətninə əsasən, potensial insidentlər başlıca olaraq Qəzza zolağı ətrafında olan İsrail şəhərlərində, həmçinin, Təl-Əvivdə gözlənilir. Buna əsas kimi, may ayının əvvəlində Aşod, Aşkelon və digər şəhərlərin, mart ayında isə İsrailin mərkəzi bölgəsinə edilən raket hücumları göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.