Maraqlı

Smartfonları bu səhvlər sıradan çıxarır - SİYAHI

25 Aprel 2019 08:31
0 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cihazın heç vaxt söndürülməməsi onun vəziyyəti üçün çox təhlükəlidir. Gecə-gündüz rejimində işləmək akkumulyatorun işinə mənfi təsir göstərir, buna görə həftədə ən azı bir dəfə telefonu söndürmək lazımdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Bluetooth" və "Wi-Fi" modulunu həmişə işlək vəziyyətdə saxlamaq, həmçinin, batareya üçün zərərlidir.
 
Telefonun enerjisi tam bitdikdən sonra onu 100%-dək enerji ilə doldurmaq zərərlidir.
 
"Belə olan akkumulyator tez bir şəkildə sıradan çıxacaq. Bu səbəbdən telefonu gecə vaxtı enerji ilə doldurmaq məsləhət görülmür və onu 95-97%-dək enerji ilə doldurmaq yaxşıdır" - materialda deyilir.
 
Həmçinin telefonun yaxşı vəziyyətdə saxlanılması üçün şaxtalı havada və ya istidə ondan istifadə etmək tövsiyə edilmir. Telefon su keçirməyən deyilsə, yağışlı havada onu  cibə yerləşdirmək lazımdır.
 
Telefonun uzun müddət işləməsi üçün onu müntəzəm olaraq toz və çirkdən təmizləmək lazımdır, həmçinin kənar enerjidoldurma qurğusundan istifadə etmək lazım deyil.
 
Bundan başqa, bütün mobil tətbiq və "push" bildirişlər üçün geoməkan funksiyasının deaktiv edilməsi haqqında məsləhət verilir, çünki əks halda daimi məlumat mübadiləsi tələb olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.