Maraqlı

Yunanıstan Almaniyanın vurduğu ziyanın məbləğini təkrar hesablayıb

19 Aprel 2019 23:50
0 Şərh     Baxış: 919

Yunanıstan parlamenti hökümətə Berlindən yeni ödəmələri tələb etməyə icazə verdi.

Milli.Az insider.az-a istinadən bildirir ki, söhbət İkinci Dünya müharibəsi illərində ölkəyə dəymiş ziyana görə təzminatdan gedir.

Afina-Makedoniya xəbər agentliyinin bildirdiyinə görə, qərarı deputatların əksəriyyəti dəstəkləyib. Səsvermə başlamamışdan əvvəl isə onların qarşısında baş nazir çıxış edib. Aleksis Tsipras xatırladıb ki, şifahi olaraq məsələ 20 ildən çox müzakirə olunur və tələblərin yazılı şəkildə tərtib edilməsinin vaxtı yetişib, çünki bu, "tarixi və mənəvi borcdur".

Rəsmi Berlin öz növbəsində əmindir ki, Afinaya heç bir borcu yoxdur. Almaniyanın Nazirlər Kabinetində daha öncə deyilənlərə görə, məsələ hələ ötən əsrin 60-cı illərində həll olunub və Almaniya Yunanıstana 115 milyon alman markası ödəyib.

Yunanıstan höküməti isə təkrar hesab aparıb: "Yığılmış faizləri çıxsaq, həqiqi ziyanın məbləği yüz yarım milyard avrodan çoxdur".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.