Maraqlı

Ağır xəstəliklə doğulmuş körpələrin həyatına son qoymaq olarmı?

21 Aprel 2019 20:55
3 Şərh     Baxış: 1 270

Belçika klinikalarının yeni doğulmuşlara qulluq şöbələrində çalışan həkim və tibb bacılarının hər on nəfərindən altısı hesab edir ki, ağır xəstəliklərdən əziyyət çəkən uşaqların valideynlərinin razılığı ilə belə uşaqların həyatına son qoymağa icazə verən qanun olmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "De Standaard" qəzeti Genta və Brüssel Universitetləri ilə bağlı olan "Care Around Life Ending" tədqiqat qrupu tərəfindən aparılan sorğunun nəticələrinə yekun vurub. Hazırda Belçikada yeni doğulmuşların həyatına son qoyulması ilə bağlı hərəkətlər qeyri-qanuni hesab edilir. Əgər diaqnoz zamanı ciddi pozulmalar aşkarlanarsa və ya ananın həyatı təhlükə altında olarsa, bu halda qadınlar hamiləliyin dayandırılmasını, yəni uşaq dünyaya gələnədək onun həyatına son qoyulmasını tələb edə bilərlər. Evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrumetmə təcrübəsi) isə yalnız böyüklər üçün tətbiq edilə bilər.

Yeni doğulmuşlara qulluq edən həkim və tibb bacılarının əksəriyyəti hesab edir ki, perspektivsiz müalicənin müəyyən növlərinə başlamamağa, bunun əvəzində normal yaşamaq ümidi olmayan körpənin həyatına son qoymağa imkan yaradılmalıdır.

"Əgər biz müalicəyə başlamamaq barədə danışırıqsa, sorğuda iştirak edən bütün həkimlər buna müsbət cavab veriblər. Tibb bacılarının 95 faizi də belə düşünür", - deyə tədqiqatçı Lor Dombrext bildirib.

Xəstənin həyatına son qoymaqdan ötrü onun venasına dərman yeridilməsinin tərəfdarları arasında tibb bacıları həkimlərə nisbətən daha çoxdur (həkimlər - 60 faiz, tibb bacıları - təxminən 75 faiz). Lord Dombrextin fikrincə, "ola bilər ki, həkimlər buna daha az meyillidirlər, çünki əsas məsuliyyəti onlar daşıyırlar".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Samire · 21 Aprel 21:0502

    Çox düzgün qerardı mence.Bu qerar Azerbaycanda da qanuna mindirilise, yaxşı olardı.

    Cavab yaz
    • Anonim
      . · 21 Aprel 23:2510

      Can candir ona qesd etmekse Allah qarsisnda en boyuk gunahlardan biridir

      Cavab yaz
  • Anonim
    Anonim · 22 Aprel 00:0830

    Cox cetin qerardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.