Maraqlı

Rusiyada gözəllik müsabiqəsində qalmaqal - FOTO

15 Aprel 2019 09:26
0 Şərh     Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada bir kilsə rahibinin arvadı gözəllik müsabiqəsində podiuma çıxıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir çox insan buna icazə verdiyi üçün rahibin cəzalandırılmasını tələb edib.

Hadisə Maqnitoqorsk şəhərində baş verib. Kilsə rahibi olan Sergiy Zotovun həyat yoldaşı Oksana şəhərdə keçirilən gözəllik müsabiqəsində iştirak edib. Qadın mart ayında internet vasitəsilə müraciət edib və 31 martda yarışda iştirak edərək finala çıxıb. Amma onun fotoları üzə çıxdıqdan sonra qalmaqal baş verib. Şəhər sakinləri rahibi tənqid atəşinə tutublar.

Bundan sonra Zotov qəzetə açıqlama verib:

"Həyat yoldaşım müsabiqəyə internet vasitəsilə müraciət edib. Müraciəti qəbul edildikdən sonra yarışda iştirak etmək fikrindən vaz keçdi. Amma təşkilatçılar israr etdilər. Oksana ilə 15 il əvvəl tanış olmuşam. 2 övladımız var və ayrılmağı düşünmürük".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.