Maraqlı

ABŞ-da it öz həyatı bahasına sahiblərini xilas edib

26 Mart 2019 09:29
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) it öz həyatı bahasına sahiblərini xilas edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Laura Martines ailəsinin evindən qiymətli əşyalar, paltar və pul itdikdən sonra görüb ki, onun oğlunun tanışlarından biri - Xavian Kastenada - "Snapchat" sosial şəbəkəsində onun oğluna məxsus papaq ilə foto paylaşıb.

Bundan sonra L.Martines yeniyetmənin ailəsi ilə danışmaq üçün onların evinə gedib, lakin X.Kastenada onu hədələyib. Daha sonra yeniyetmə L.Martinesin evinə gələrək silahdan atəş açmağa başlayıb.

Bunu görən Zero adlı evin iti atəş açan şəxsə hücum edərək onu bir neçə dəfə dişləyib və silahlı onu sinəsindən yaralayıb. X.Kastenada hər dəfə L.Martinesin oğluna və qızına atəş açmaq istəyərkən it onun üzərinə cumub. İkinci güllə Zeronun başından dəyib. Bundan sonra X.Kastenada itə yenidən atəş açaraq hadisə yerini tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.