Maraqlı

Ən zərərli qidalar hansılardır?

30 Mart 2019 22:50
1 Şərh     Baxış: 3 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən ziyanlı, sağlamlıq üçün daha çox zərər verən qidaları açıqlanıb.

ABŞ-da sağlam qidalanma ilə bağlı tövsiyələr verən internet səhifələrindən birinin hazırladığı bu siyahıya 30 qida və içki daxil edilib.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu siyahıda hər gün istifadə etdiyimiz qidalar üstünlük təşkil edir.

Ziyanlı hesab edilən qidaların bir çoxu tərkibində trans yağlar, soya yağları olan, daha çox emaldan keçirilən, təbii olmayan, yüksək şəkər, duz tərkibli, qızardılmış, yüksək temperaturda hazırlanan, dondurulmuş, yarım fabrikat məhsullardır.

Bu sırada qızartma toyuq əti, toyuq "nugget"i, mikrodalğalı sobada partladılan qarğıdalı, şirnilər, emal olunmuş somon balığı, bol yağda qızardılan ətlər və tərəvəzlər, ağ un, bu undan hazırlanan məhsullar, çips, qəhvə kremi, sosislər, sosisli sendviçlər, dondurulmuş balıq və dəniz məhsulları, marqarin yağları, turşular, vetçinalar, kekslər, şokoladla örtülmüş şirniyyatlar, quru meyvələr, sənaye üsulu ilə hazırlanan dondurma, salat sousları, konservləşdirilmiş hazır şorbalar, bulyonlar, jelelər, idman içkiləri və s. var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.