Maraqlı

Quran surələri ilə qısa tanışlıq – 'Muhəmməd' surəsi

26 Mart 2019 20:50
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Muhəmməd" surəsi Mədinədə nazil olmuş və 38 ayədən ibarətdir.

Milli.Az maide.az-a istinadən bildirir ki, bu surәnin 2-ci аyәsindә İslam Pеyğәmbәrinin (s) mübаrәk аdı çәkildiyindәn surә "Muhəmməd" аdlаndırılmışdır. Surənin ikinci adı isə "Qital"dır (Döyüş surəsi). Həmin ayədə belə buyurulur:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَى مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ

"İman gətirib yaxşı işlər yerinə yetirənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə iman gətirənlərin günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) yaxşılaşdıracaqdır."

Həqiqətdə, cihad və İslam düşmənləri ilə mübarizə bu surənin əsas mövzusu olsa da, surədə möminlərlə kafirlərin vəziyyəti və xüsusiyyətləri də müqayisə edilir, onların axirətdəki əhvalı açıqlanır. Ümumiyyətlə, sözügedən surənin möhtəvasını bir neçə hissəyə bölmək olar:

1. İman və küfr məsələsinin bəyanı, dünya və axirətdə möminlərlə kafirlərin vəziyyətinin müqayisəsi;

2. İslam düşmənləri ilə cihad məsələsi və döyüş əsirləri barəsində aşkar göstərişlər;

3. Surənin diqqəti cəlb edəcək hissəsi münafiqlərin vəziyyətinə həsr olunur. Çünki bu surənin ayələri nazil olduğu zaman onlar Mədinədə çox geniş təxribat xarakerli fəaliyyətlərə başlamışdılar;

4. Surənin bir qismində yer üzünü gəzib dolanmaq və keçmiş qövmlərin başına gələnlərdən ibrət götürmək məsələsi önə çəkilir;

5. Surənin bir qisim ayələrində ilahi sınaq və imtahan məsələsi bəyan edilir;

6. Bəzi ayələrdə bir növ cihad sayılan infaq və möhtaclara yardım məsələsindən, eləcə də, onun müqabil nöqtəsi olan xəsislikdən söz açılır.

Bir sözlə, bu surə müsəlmanlarla İslam düşmənləri arasında qarşıdurma yarandığı bir zaman nazil olur. Bəzi təfsir alimləri onun Ühüd müharibəsinin şiddətli vaxtında və yaxud ondan az sonra nazil olduğu qeyd olunur. Hər halda, İslam düşmənləri ilə cihad bu surənin əsas mövzusunu təşkil edir, digər məsələlər isə onun mehvərində dövr edir. Böyük əhəmiyyət daşıyan bu döyüş möminlərlə kafirlər və münafiqlərin səflərini bir-birindən ayırdı, İslamın sütunlarını möhkəmlətdi, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlərə ağır zərbələr endirdi. ("Təfsiri-nümunə", 21-ci cild, səh.388-389.)

"MUHƏMMƏD" SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ مُحَمَّد کانَ حَقّاً عَلَى اللّهِ أن یَسقِیَهُ مِن أنهارِ الجَنَّةِ

""Muhəmməd" surəsini tilavət edən şəxsin Behişt çaylarından sirab olması Allahın üzərində bir haqdır." ("Məcməul-bəyan", 9-cu cild, səh.144, "Muhəmməd" surəsinin təfsirinin başlanğıcı).

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ الَّذینَ کَفَرُوا (سورَةَ مُحَمَّد (صلى الله علیه وآله)) لَم یَرتَب اَبَداً وَلَم یَدخُلهُ شَکٌّ فی دینِهِ اَبَداً وَلَم یَبتَلِهِ اللّهُ بِفَقر اَبَداً وَلا خَوفِ سُلطان اَبَداً وَلَم یَزَل مَحفُوظاً مِنَ الشِّرکِ وَالکُفرِ اَبَداً حَتّى یَمُوتَ فَإذا ماتَ وَکَّلَ اللّهُ بِهِ فی قَبرِهِ اَلفَ مَلَک یُصَلُّونَ فی قَبرِهِ وَیَکونُ ثَوابُ صَلاتِهِم لَهُ وَیُشَیِّعونَهُ حَتّى یُوقِفوهُ مَوقِفَ الاَمنِ عِندَ اللّهِ عَزَّ وَجَلَّ وَیَکونَ فی اَمانِ اللّهِ وَاَمانِ مُحَمَّد (صلى الله علیه وآله)

""Muhəmməd" surəsini oxuyan şəxs dində şübhəyə düşməz, Allah-Taala onu heç vaxt dində fəqirliyə mübtəla etməz, onun soltandan əsla qorxusu olmaz, ömrünün sonuna qədər şirk və küfrdən amanda qalar, ölən zaman Allah-Taala min mələyi məmur edər ki, onun qəbrinə namaz qılsın və namazlarının savabını da ona əta etsin. Bu mələklər onu məhşər səhrasında əmin-amanlıq bir yerdə saxlayana qədər ondan ayrılmazlar və o, daim Allahın və Muhəmmədin (s) amanında olar." ("Səvabul-əmal","Nurus-səqələyn" təfsirindən nəqlən, 5-ci cild, səh.25.)

O həzrət başqa bir hədisdə belə buyurur:

مَن اَرادَ اَن یَعرِفَ حالَنا وَحالَ أعدائِنا فَلیَقرَأ سورَةَ مُحَمَّد فَإنَّهُ یَراها آیَةً فینا وَآیَةً فیهِم

"Hər kim bizim və düşmənlərimizin əhvalından xəbərdar olmaq istəyirsə, "Muhəmməd" surəsini oxusun ki, bir ayə bizim, bir ayədə onlar barəsindədir." ("Məcməul-bəyan", 9-cu cild, səh.144, "Muhəmməd" surəsinin təfsirinin başlanğıcı; "Təfsiri-nümunə", 21-ci cild, səh.390.)

Aydındır ki, sözügedən surənin və onun ayələrinin möhtəvasını öz canı və ruhunda yerləşdirən, İslamın qəddar, inadkar və məntiqsiz düşmənləri ilə mübarizədə azacıq belə şübhəyə qapılmayan və öz əzmindən dönməyən şəxsin dini və imanı güclənər, dünya və axirət zillətindın amanda qalar, daim ilahi rəhmət civarından bəhrələnər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.