VAR-la bağlı yeni texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
FİFA futbola dair yeni texnologiya üzərində işləyir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina ESPN-ə müsahibəsində bildirib.
Kollina bildirib ki, bu, VAR sistemi deyil. Onun sözlərinə görə, bu texnologiya VAR-ın olmadığı, çəkilişlərin 4 kamera ilə aparıldığı liqalarda tətbiqi nəzərdə tutulur.
Rəsmi video köməkçi hakimin nəzarət etdiyi ənənəvi VAR-dan fərqli olaraq, FVS yalnız məşqçilərə səhv hesab etdikləri epizodlara görə həmin texnologiyaya 2 dəfə müraciət etmək imkanı verir.
Bu halda hakim epizodu meydança yaxınlığında quraşdırılan xüsusi monitorda müstəqil şəkildə izləyir. VAR-dan fərqli olaraq, FVS-də istənilən kadrları seçən video köməkçilər, həm də texnoloji imkanlar yoxdur. Səhv barədə əvvəlcədən xəbərdarlıq etmədən ilkin qiymətləndirmənin düzgün olub-olmadığına yalnız hakim özü qərar verir.
"Məsələn, stadionda düzgün yerləşdirilmiş kameralar olmadan oyundankənar vəziyyətlərdə yalnız açıq-aydın görünən ofsayd nəzərə çarpacaq. Ona görə də hakimin özünün yekun qərarı çox vacib olaraq qalır", - deyə Kollina bildirib.
Bu sistem artıq qadınlar arasında U-20 və U-17 dünya çempionatları zamanı istifadə olunub. FİFA sistemi digər yarışlarda da sınaqdan keçirə biləcəyinə ümid edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)
XƏBƏR LENTİ
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
-
Azərbaycan nefti 121 dolları keçdi
-
IV Bakı Təhlükəsizlik Forumu keçirilib - (Yenilənib/Foto)
-
Bu şəxslərin maaşı və pensiyası artırılır
-
Nuri Əhmədov vəfat etdi
-
2027-ci ildə pensiyalar nə qədər artacaq?
-
Neftin qiyməti ucuzlaşdı
-
Formula 1 və Formula 2 üzrə Bakı Qran-Prisi start götürür
-
Formula 1 həftəsində xarici media Azərbaycan irsi ilə tanış olub - (Foto)





