Maraqlı

“Top Model Azerbaijan 2019” layihəsi baş tutdu - VİDEO - FOTO

23 Mart 2019 16:00
0 Şərh     Baxış: 4 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1033 Baku Event Hall-da "Top Model Azerbaijan 2019" layihəsi baş tutdu.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə bir çox geyim, ayaqqabı, müxtəlif əl işi olan milli markalar, eyni zamanda xarici brendlər "Top Model Azerbaijan" layihənin modelləri və eyni zamanda ölkənin tanınmış əsas modellərinidə podyumda görmək mümkün oldu.

Tədbirdə münsif qismində iştrak edən Rüstəm Cəbrailov, İlqar Aliyev, Elxan Hüseyn və Pərviz Əliyev kimi tanınmış modellərdə podyumda yer aldılar.

Top Model Azerbaijan 2019 layihəsinin digər münsifləri "Best Model Of Azerbaijan 2018" layihəsinin beynalxalq direktoru Aqil Məmiyev, By Zadə şirkətinin təsiscisi, kreativ direktoru Nicat Huseynzadə, beynalxalq təşkilatçı Parviz Əzimzadə və bir çox modelyerlər, stlistlər və iş adamları iştrak edirdilər. Münsif kürsüsündə əyləşən dizayner İbo layihənin xanım qalibi üçün ağ və bəy qalibi üçün qara svarovski daşlardan hazırladığı tacları tədbir zaman tamaşacılara nümayiş etdirdi. Tacların möhtəşəm dizaynı və yüksək kefiyyəti hər kəsin diqqətini cəlb etməyi bacardı. modelləri tərəfindən podyumda möhtəşəm təqdimat baş tutdu.

"Top Model Azerbaijan" layihəsinin təsisçisi və direktoru, teleaparıcı Novruz İsmayil layihə və final tədbiri haqqında ətraflı məlumat verdi:

"Bir çox insanlar gözəllik yarışması ilə, əsl model layihəsini səhv salırlar. Xatırladım ki bu əsl model layihəisidir hansıki ilk gündən dünya standartlarına uyğun şəkildə model seçimləri aparmaq və model standartlarına uyğun yeni üzlər kəşf etmək onları yerli və xarici podyumlara hazırlamaq əsas məqsəd qoymuşdur.  Əlbəttə bu asan məsələ deyil, 150-ə yaxın xanımla, 200-dən çox bəylə layihə kastinqi çərcivəsində individual görüşlərimiz oldu və 12 xanım, 12 bəy iştrakçı ilə yola davam etdik. Bu gün ölkədə hər kəsin haqqında müsbət danışdığı bu layihənin təşkilacısı olmağıma çox şadam. Layihənin final günü şəffaf səsvermə nəticəsində, münsif heyətinin və zaldakı tamaşaçıların səsverməsi hesablanaraq xanımlardan birinci yerə Nigar Məmmədzadə, bəylərdən isə birinci yerə Murad Sultan çıxaraq "Top Model Azerbaijan 2019" - adına layiq görüldülər. Səsvermənin nəticəsindən nəinki münsiflər və tamaşacılar hətta digər iştrakcılar belə razılığını bildirdilər. Tədbir günü qaliblərə müxtəlif qiymətli hədiyyələr və tac təqdim olundu. Layihənin sertifkatları və lentləri bir həftə sonra layihənin bağlanış partisində təqdim olunacaqdır".

Xatırladaq ki, "Top Model Azerbaijan 2019" layihəsinin baş xoreoqrafı Sirac Bəyaliev, müştəri direktoru Narmina Zeynalzadə, kordinatoru Lalə Heuseynli, layihənin musiqi direktoru və dj-i Çingiz Mustafayevdir (Dj China).

Videonu izləmək üçün şəklə klikləyin:
В Баку прошел финал Top Model Azerbaijan 2019

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.