ABŞ-dan illər sonra İraq və Əfqanıstanla bağlı "etiraf", ölkə başçısından xəbərsiz qərarlar verən vitse-prezident - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sakit insanlardan qorxmaq lazımdır. Siz danışanda onlar müşahidə edir, hərəkət edəndə planlayır, dayananda isə zərbə endirirlər.
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (8-ci say) təqdim edir:
Son zamanlar ssenaristlər və rejissorlar işlənmiş mövzulardan uzaq qaçmaq məqsədi ilə, əsasən, avtobioqrafik janra üstünlük verirlər. Avtobioqrafik janrda olan kinolar çox vaxt uğur qazansa da, yalnız həmin adamı tanıyan və bəyənən kütlə tərəfindən izlənilməsini mənfi cəhət saymaq olar.
Kino hazırda kütləvi informasiya vasitələrindən sonra ən güclü təsir vasitələrindən birinə çevrilib. 2018-ci ilin dekabr ayında təqdim olunan, bu gündən etibarən Azərbaycanda nümayişə qoyulan, "Qızıl Qlobus" mükafatına layiq görülən "Vice" filmi də bu məqsədlə çəkilib. Kinoda ABŞ dəfələrlə dünyanın ən qüdrətli ölkəsi, Rusiya (SSRİ ) düşmən, İsrail isə dost kimi göstərilib.

Filmin adı bizim dildə "Hakimiyyət" kimi qeyd olunsa da, İngilis dilindən hərfi tərcüməsi "vitse-prezident" deməkdir. Real hadisələr əsasında çəkilən kino Corc Buşun hakimiyyəti illərində ABŞ-ın vitse-prezidenti olan Dik Çeninin həyatından bəhs edir.
Kinonun süjet xətti bu janrda çəkilən filmlərə xas olaraq tüfeyli həyat tərzi sürən birinin sonradan önəmli şəxslərdən birinə çevrilməsi üzərində qurulub.

Dik Çeni 1941-ci ildə Nebraska ştatında doğulub. Davamiyyətə görə Yel universitetindən qovulan Dik bir müddət sonra elektrikçi kimi çalışıb. Hər gün spirtli içki içib, gününü qumarxanalarda keçirən Dikin həyatının dəyişməsində xanımının böyük rolu olub. Dik onu tərk etməklə hədələyən xanımı və öz bacarığı, yüksək intellekti sayəsində ABŞ-da prezidentdən sonra ikinci adam vəzifəsinə qədər yüksələ bilib. O, bir müddət ABŞ-ın müdafiə naziri kimi də fəaliyyət göstərib. Dikin iki qızından biri lezbiyan olub.

Kinoda kiçik Buş tamamilə bacarıqsız və başqaları tərəfindən asan idarə olunan prezident kimi təqdim olunub. Onun prezidentliyi dövründə, demək olar ki, bütün işləri Dik Çeni görüb. Hətta 11 sentyabr hadisələri zamanı ölkənin təhlükəsizliyi ilə bağlı əsas qərarı da məhz vitse-prezident verib. Rejissor Buşla Dikin söhbəti zamanı eyni anda balığın tora düşməsi kadrını verərək Corc Buşun səriştəsizliyinə işarə edib.

Dik Çeninin ( Kiçik Buşun ) dövründə İraq və Əfqanıstan bombalanıb. Səddam Hüseyn edam edilib. "İraqda nüvə silahı var" bəhanəsi ilə yüz minlərlə iraq vətəndaşı qətlə yetirilib, xeyli ABŞ əsgəri döyüşlərdə həlak olub, İŞİD kimi təhlükəli terror qruplaşması yaranıb.
Kinonun ən təsirli səhnələrindən biri Corc Buşun "Bu gün İraqdakı mühüm əhəmiyyətli hərbi obyektlərə zərbələr endirdik" nitqini oxuyarkən ayağını əsdirdiyi kadrla İraqda ölməsinlər deyə övladları ilə stolun altında gizlənən atanın ayağının qorxudan əsdiyi görüntülərin ard-arda verilməsidir.

Kinoda real kadrlardan da istifadə olunması inandırıcılığı daha da artırıb. Filmdə əxlaqsız səhnələr yoxdur, açıq söyüşlərə yer verilməyib.
Kino 2 saatdan çox ( 2 saat 12 dəqiqə ) davam edir. Həddinən artıq yorucu səhnələri var. "Vice" kinosu tarix və siyasətlə maraqlanmayan biri üçün, sadəcə, vaxt itkisidir. Çoxlarının zalı yarımçıq tərk etməsi də bunu deməyə əsas verir.
IMDb xalı 7.2 olan filmin rejissoru Adam Makkeydir. 76 faiz Google istifadəçiləri tərəfindən bəyənilən kinodan 56 milyon dollar gəlir əldə olunub.

Avtobioqrafik janrda olan filmlər əsas obraza qarşı nifrət də yarada bilir, rəğbət də. Məsələn, Maykl Ceksonun həyatından bəhs edən "Leaving Neverland", ya da "Queen" qrupu haqqında olan "Bohemian Rhapsody" kinosu kimi "Vice" filmi də ABŞ xalqında filmin qəhrəmanına rəğbət yaratsa da, çox güman, Şərq ölkələrinin vətəndaşlarının nifrətinə səbəb olacaq.

Baş verən hadisələrdən illər sonra belə bir filmin çəkilməsini ABŞ-ın etirafı kimi qəbul etmək olar. Lakin bu "etiraf" iki ölkənin tamamilə məhv olmasına gətirib çıxarıb. Hazırkı dövrdə isə Suriyada nüvə silahının olduğu deyilir. Bəlkə, illər sonra bu filmin davamı kimi ikinci "etiraf" filmi də çəkilə bilər.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)





