Maraqlı

"Ferrari" yeni möhtəşəm modellərini təqdim etdi - FOTO

1 Fevral 2019 21:38
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Ferrari" şirkəti yeni modellərini təqdim edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, şirkət "Monza SP1" və "SP2" superkarlarını gün işığına çıxarıb.

Məhdud sayda istehsal ediləcək modellər 1950-ci illərdəki "Speedster"dən ilhamlanaraq yaradılıb. İki model arasındakı ən böyük fərq isə oturacaq sayıdır.

"SP1" modelində sadəcə sürücü üçün oturacaq var. "SP2" modelində isə sürücü ilə yanaşı sərnişin üçün də oturacaq nəzərdə tutulub. Kapotun altında 6.5 litr həcmli V12 mühərriki var. Aqreqat 820 at gücü hasil edir. 

Bu güc sayəsində avtomobillər yerindən 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. 200 km/saat sürət üçün isə cəmi 7.9 saniyə vaxt lazımdır. Avtomobilin maksimal sürəti 300 km/saatdır.

Qeyd edək ki, avtomobilin ön şüşəsi yoxdur və sürətlə hərəkət edərkən sürücü "F1" pilotunun yaşadığı hissləri yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.