Qiyməti milyonlarla dollara olan dünyanın ən bahalı oyuncaqları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada elə oyuncaqlar satılır ki, onların qiymətinə çox bahalı avtomobil, villa da almaq mümkündür. Söhbət dəyəri milyon dollarla ölçülən oyuncaqlardan gedir.
Milli.Az ölkə.az-a istindən bildirir ki, bir çox kolleksioner milyonlarla dollarını məhz belə oyuncaqlara xərcləyir. Bu gün oxuculara dünyanın ən bahalı oyuncaqlarının siyahısını təqdim edirik.
"Sehrli ekran"
Köhnə, beyin inkişaf etdirən oyuncaqdır. "Swarovski" xurustalları ilə hazırlanıb. 2003-cü ildə istehsal edilib. Qiyməti 1.5 milyon dollardır.
"Quştutan"
"Quştutan" adlı oyuncaq isveçrəli usta Kristian Beyn tərəfindən hazırlanıb. Onun mexaniki kəşfi 6.25 milyon dollar dəyərində qiymətləndirilib. Oyuncaq bahalı çini materialdan hazırlanıb. Hündürlüyü 120 sm. Çəkisi isə 55 kilodur. Oyuncağın əynində bahalı parçadan paltar var. Oyuncağı hazırlamaq üçün usta 15 min dollar xərcləyib. Qızıldan hazırlanan açar ilə oyuncaq işə düşür. "Quştutan" fleytada ifa edir, onun ifasını quşlar oxuyur, əlinə qonurlar.
"Lamborghini Aventador" oyuncağı
Əsl modelinə nisbətən qiyməti 12 dəfə bahadır. 500 saata hazırlanıb. Oyuncağı hazırlamaq üçün qızıl, platin və brilliantdan istifadə edilib. Ümumi olaraq oyuncaq 2 milyon dollara başa gəlib. Qiyməti isə 4.7 milyon dollardır.
Teddi oyuncağı
Oyuncaq "Louis Vuitton"dan geyindirilib. XX əsrin əvvəlində ilk ayı oyuncağı Almaniyada "Steiff" şirkəti tərəfindən hazırlandı. Ona ov vaxtı ayıya qıymayan ABŞ prezidenti Teodor Ruzveltin adı verildi. Qiyməti 2.1 milyon dollardır
Rubik kubu
"Ginnesin Rekordlar Kitabı"na da düşüb. Qiyməti 1.5 milyon dollardır. Amerikalı zərgər Fred Kuelyar tərəfindən 1350 qiymətli daş-qaşdan hazırlanıb.
Ən bahalı at oyuncağı
Yüksək əyarlı qızıldan hazırlanıb. 1 milyon 28 min dollaradır. Qinza Tanakiko tərəfindən Yaponiya taxtının vəliəhdi şahzadə Akisinonun doğum gününə hazırlanıb. Çəkisi 30 kq-dır.
"Colleen Moore's" qəsri
Nağıllar aləminə bənzəyən oyuncaq yarım milyon dollaradır. 1930-cu illərin məşhur aktrisası Kollin Mur tərəfindən sifariş edilib. 3 metr hündürlüyü var. 700 usta üzərində işləyib. Bahalı qaşlarla bəzədilib. Sarayın salonlarında Uolt Disneyin rəsm əsərləri var.
Barbi gəlinciyi
Brend paltarlar geyindirilmiş Barbi gəlinciyini dizaynerlər 2007-ci ildə hazırlayıblar. Bu eksklüziv model 302.5 min dollara satılıb. Oyuncağın boynunda brilliant boyunbağı, barmaqlarında isə brilliant üzük var. Dizaynerlər oyuncağı 600 min dollara satmaq istəsələr də, bu, alınmadı. Satışdan gələn gəlir onkoloji xəstələrin müalicəsinə xərcləndi.
Madam Aleksanderin Elioza gəlinciyi
Adi oyuncaqdır, qızıl və brilliant sərf edilməyib. Sadəcə "Christian Dior"dan geyindirilib. Dünyada cəmi 5 ədəd var. Birinin qiyməti 5 milyon dollardır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Tomatlı yeməklərə 1 qaşıq əlavə edin: Turşuluğ, kəskin dad aradan qalxır
-
Rusiyanın ən varlı sənətçisi Sergey Jukovdur
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib





