Maraqlı

Başqasına edilən qarğış mütləq həyata keçirmi?

17 Yanvar 2019 21:45
1 Şərh     Baxış: 7 019
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əvvəla, bunu deyək ki, qarğış etmək dinimizdə o qədər də xoş qarşılanmır. Müqəddəslərimiz tövsiyə edirdilər ki, insanlar onlara edilmiş haqsızlığı imkan daxilində bağışlasınlar və intiqam almağa çalışmasınlar. Lakin məzlumun bəd-dua (qarğış) etmək haqqı vardır və onun duası tez qəbul olar. Hədislərdə buyurulur ki, məzlumun ah-naləsi və bəd-duası tez müstəcab olur.

Milli.Az islam.az-a istinadən bildirir ki, hər bir qarğışın qəbul olacağını gözləmək düzgün deyil. Bəzən insanlar bir-birini qarğış etməklə hədələyirlər. Amma unudurlar ki, yalnız zülm olunmuş şəxsin qarğışı həyata keçə bilər. Bir kəs başqasına zülm etməmişsə, qarşı tərəf hər nə qədər qarğış etsə də, bunun faydası olmaz. Ona görə də haqsız şantajlara əhəmiyyət vermək düzgün deyil. Diqqətli olmaq lazımdır ki, başqasının haqqına təcavüz edilməsin, əks halda, bunun ağır cəzası ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.