Maraqlı

Xəyanət etdiyi arvadına 70 milyard ödəyəcək - Ən bahalı boşanma - FOTO

11 Yanvar 2019 13:37
1 Şərh     Baxış: 3 031

Dünyanın ən dəyərli şirkəti olan "Amazon"un banisi və sahibi, 54 yaşlı Ceff Bezosun arvadına, 48 yaşlı Makkenzi Tatla xəyanətinin və boşanma prosesinin təfərrüatları bəlli olub.

Milli.Az The National Enquirer-ə istinadən bildirir ki, 25 il əvvəl ailə qurmuş Ceff və Makkenzi nikah müqaviləsi imzalamayıblar, ABŞ qanunvericiliyinə görə, evlənərkən belə müqavilə imzalamayan ərlə arvad boşanmağa qərar verərsə, onların nikah dövründə əldə etdikləri daşınan və daşınmaz əmlak aralarında yarı bölünməlidir.

Boşanma ilə bağlı məhkəmə prosesi Vaşinqtonda keçiriləcək.

143 milyard dollarlıq varidata malik Ceff Bezosla xanımının boşanması asan proses olmayacaq. Belə ki, onların pul, səhmlər, nəqliyyat vasitələri, villalar və apartamentlər, şirkətlər və ofislərlə yanaşı, 162 min hektarlıq torpaq əraziləri var. Həmin torpaqları dəyərləndirmək asan iş deyil.

Ceff Bezos və Makkenzi Tatlın 25 illik nikahlarında 3 oğlu doğulub. Onlar Çində doğulmuş qızı da övladlığa götürüblər.

"Amazon"un sahibi arvadına teleaparıcı, 49 yaşlı Lorens Sançeslə xəyanət edib. L.Sançes məşhur prodüser Patrik Uaytselin xanımıdır.

C.Bezosun son 8 ay ərzində sürəkli görüşdüyü L.Sançesə yolladığı açıq-saçıq SMS və mesajlar da bu gün açıqlanıb.

L.Sançesin əri evi tərk edib. O, arvadını boşamağa hazırlaşır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ququ · 11 Yanvar 13:3915

    Bu bosanmax sayilmir kisi arvadina canini verif

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.