Maraqlı

Eyni qızla evlənirlərmiş - Bir-birinə dəvətnamə verən oğlanlar təəccüb içində - FOTO

20 Dekabr 2018 14:09
9 Şərh     Baxış: 4 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qeyri-adi dələduzluq hadisəsi qeydə alınıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gaziantep vilayətində yaşayan qadın Maltəpənin kəndinin iki sakinini aldadıb.

Ö.G adlı qadın Maltəpə kəndində yaşayan iki nəfərlə nişanlanıb. O, oğlanların pulunu götürüb, özünə zinət əşyaları aldırıb, sonra da toy tarixi müəyyənləşdirib.

Qız bir həftə arayla oğlanlarla özünə nişan edib. Toy vaxtı çatanda kəndlilər bir-birinə dəvətnamə verən vaxt eyni qızla evləndiklərini öyrəniblər.

Onlar dərhal polisə bu barədə məlumat veriblər. Ö.G adlı qadın dələduz kimi saxlanılıb.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.