Maraqlı

Roma Papası Fransisk 82 yaşını qeyd edir

17 Dekabr 2018 22:41
0 Şərh     Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Roma Papası Fransiskin 82 yaşı tamam olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pontifiki ilk olaraq 90 il əvvəl Vatikanın təşəbbüsü ilə açılmış uşaq xeyriyyə dispanserinin kiçik sakinləri təbrik edib. Uşaqlar ad günü ərəfəsində Papanın qəbuluna gələrək ona böyük tort hədiyyə ediblər. Bundan öncə isə Fransisk Müqəddəs Petr meydanındakı evsizləri səhər yeməyinə çağırıb.

Roma Papası Fransisk - Jorge Mario Bergoglio 1936-cı ildə Buenos-Ayresdə italiyalı mühacir ailəsində doğulub. 21 yaşında iezuit ordeninə daxil olub. 2013-cü il martın 13-də XVI Benediktdən sonra 266-cı Roma papası seçilib.

Fransisk ənənəvi protokola uyğun gəlməyən addımları ilə yadda qalır. O, cümə günləri gözlənilmədən xəstəxanaları, xeyriyyə müəssisələrini və ya adi insanların evlərini ziyarət edir. Pasxa bayramından öncə cümə axşamları həbsxanalardakı məhbusların və ya mühacirlərin ayaqlarını yuyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.